» Lənkəran-Astara iqtisadi rayoununda “Məktəbdən təsərrüfata” proqramı icra olundu.

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Lənkəran-Astara İqtİsadİ rayoununda “Məktəbdən təsərrüfata” proqramı İcra olundu.

Şəhər məktəblərində təhsil alan şagirdlər bölgənin aqrar/ekoturizm məkanları ilə tanış oldular.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran-Astara iqtisadi rayonu ərazisində yerləşən və layihəyə cəlb olunan aqrar/eko-turizm məntəqələrində “Məktəbdən təsərrüfata” proqramı həyata keçirildi. Proqram çərçivəsində 16-25 iyun tarixlərində Bakı və digər şəhər məktəblərində təhsil alan 500 şagird “AgriVision” layihəsinə cəlb olunan turizm müəssisələrinə səfər edib aqrar/eko-turizm konsepsiyası ilə yerində tanış oldular. Proqramın əsas məqsədi şagirdləri qida istehsalı üçün zəruri olan proseslər və resurslar haqqında maarifləndirmək və onları aqrar/eko turizm xidmətləri barədə məlumatlandırmaqdı. Bundan əlavə “Məktəbdən təsərrüfata” proqramı layihə çərçivəsində seçilmiş təsərrüfatlara yeni və ya genişləndirilmiş aqroturizm xidmətlərini sınaqdan keçirmək imkanı da vermişdir.

Proqram səfərləri zamanı şagirdlər seçilmiş turizm məkanlarında təklif olunan aqrar/ekoturizm xidmətlərini müşahidə etmək, təsərrüfat daxili gəzinti ilə kənd təsərrüfatı və kənd həyatı ilə tanış olmaq şansı əldə etdilər. Həmçinin, onlar aqrar/ekoturizm xidmətlərinin digər turizm imkanları ilə necə birləşə biləcəyini, bu kimi turizm növlərinin oxşar və fərqli cəhətlərini daha yaxşı öyrənə bildilər.

Bütün bu səfərlər ərzində hər bir aqrar/eko-turizm məntəqəsində təsərrüfat sahibləri tərəfindən keçirilən təqdimatlar məktəblilər tərəfindən diqqətlə dinlənildi və onları maraqlandıran suallar cavablandırıldı. Bundan əlavə olaraq, proqram çərçivəsində şagirdlərin vaxtlarını daha maraqlı keçirə bilmələri üçün turizm müəssisələri daxilində uşaq əyləncə imkanları istifadə olundu və layihə komandası tərəfindən müxtəlif oyunlar təşkil edildi.

Qeyd edək ki, “AgriVision” layihəsinin icraçıları bu kimi proqramların tədris prosesinə daxil edilməsinə və öyrənmə təcrübəsini tamamlamasına kömək etmək üçün səfərdən sonra əməkdaşlıq edilən təhsil idarələrini layihə çərçivəsində hazırlanmış bələdçi kitabları ilə təmin edəcək və “Məktəbdən təsərrüfata” proqramını məktəb kurikulumunun illik komponentinə çevirmək potensialını araşdırmaq üçün Təhsil Nazirliyi ilə işləyəcəkdir.

“AgriVision” layihəsinin bağlanış press konfransı keçirildi.

25 noyabrın tarixində Avropa İttifaqının maliyyələşdirdiyi, Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun birgə həyata keçirdiyi “AgriVision” layihəsinin bağlanış press konfransı keçirildi. Layihə 2020-ci ildən etibarən Lənkəran-Astara İqtisadi Rayonunda kiçik və orta sahibkarlığın daha da inkişafı və əlavə gəlir əldə etməsi üçün dəstək vermişdir. Layihənin əsas məqsədləri qeyri-neft sektorunun genişləndirilməsi, eləcə də şəhər və kənd […]

Read More Nov 26

Aqrar/eko-turizm məntəqələrinin nümayəndələri üçün növbəti təhsil turu təşkil olunmuşdur.

Avropa İttifaqnın maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran-Astara iqtisadi bölgəsindən seçilmiş aqrar/eko-turizm məntəqələrinin nümayəndələri 12-16 sentyabr tarixlərində Türkiyədə növbəti təhsil turunda iştirak etdilər. Turun əsas məqsədi iştirakçıları öz turizm məntəqələrini inkişaf etdirmək üçün fikir və sınaqdan keçmiş yanaşmalarla təchiz etmək idi. Təhsil turu üçün Lənkəran-Astara iqtisadi rayonundan seçilmiş […]

Read More Oct 5

Aİ lahiyəsi cənub bölgəsindəki aqro-turizm məkanlarına səfərlər təşkil etmişdir.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində iyul ayının 22, 23 və 24-ü Lənkəran, Astara və Lerik rayonlarında yerləşən aqrar-turizm məkanlarına “Açıq Təsərrüfat Günləri” – ödənişsiz səfərlər təşkil edilmişdir. Nəqliyyat, turizm məkanlarına giriş və çay süfrəsi xərcləri lahiyə tərəfindən qarşılanmışdır. “Açıq Təsərrüfat Günləri” […]

Read More Aug 28