» Aqrar turizm jurnalistlərin gözü ilə

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Aqrar turİzm jurnalİstlərİn gözü İlə

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran, Masallı, Lerik və Astara rayonları ərazisində yerləşən və layihəyə cəlb olunan aqrar/eko-turizm məntəqələrinə media tur təşkil edilib.

22-24 aprel 2022-ci il tarixlərində baş tutan səfərdə 18 müxtəlif media orqanını təmsil edən 21 jurnalist iştirak edib. Tur zamanı jurnalistlər layihəyə aid olan turizm məntəqələri və konsorsiumlarda olub, layihə çərçivəsində yaradılmış aqroturizm imkanları ilə yaxından tanış olublar.

Səfərin birinci günü jurnalistlər Astara rayonunun Sım kəndində yerləşən “Bal Qayası”, Səncərədi kəndində yerləşən “Yaşıl Göl”, Kijəbə kəndində yerləşən “Balıqçı Abi” və günün sonunda Lənkəran rayonunda yerləşən “Citrus Valley” turizm məntəqələrini ziyarət ediblər. 

Səfərin ikinci günü Lerik rayonunun Piran kəndində yerləşən “Bal süfrəsi”, Lerik rayonunun Bilnə kəndində yerləşən “Səfalı Göl”, Masallı rayonunun Boradigah kəndində yerləşən “Misgərlik”  və Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən “Obal” turizm məntəqələrini ziyarət etdilər.

İndiyə qədər jurnalistlər tərəfindən 20-dən çox məqalə və reportaj hazırlanıb. Bu nəşrlər “aqrar turizm”in tanınmasına, turistlərin Azərbaycanın cənub bölgəsinə cəlb olunmasına, bununla da, yerli əhalinin məşğulluğunun və gəlirlərinin artırılmasına kömək edir.

Azərbaycanda aqro/ekoturizmin inkişaf etdirilməsi üzrə Bələdçi kitabı hazırlanmışdır.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində müstəqil yerli ekspertlər Günay Rzazadə və Şəbnəm Nuriyeva tərəfindən “Azərbaycanda aqro/ekoturizmin inkişaf etdirilməsi üzrə Bələdçi kitabı” hazırlanıb. Bələdçi kitabı fermerlərin aqro/ekoturizm fəaliyyətinə başlamasına və ya onu inkişaf etdirməsinə kömək etmək üçün başlanğıc nöqtəsi kimi çıxış edəcək, […]

Read More Jul 5

Lənkəran-Astara iqtisadi rayoununda “Məktəbdən təsərrüfata” proqramı icra olundu.

Şəhər məktəblərində təhsil alan şagirdlər bölgənin aqrar/ekoturizm məkanları ilə tanış oldular. Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran-Astara iqtisadi rayonu ərazisində yerləşən və layihəyə cəlb olunan aqrar/eko-turizm məntəqələrində “Məktəbdən təsərrüfata” proqramı həyata keçirildi. Proqram çərçivəsində 16-25 iyun tarixlərində Bakı və digər şəhər […]

Read More Jul 2

Turizm şirkətləri cənub bölgəsinin aqroturizm imkanları ilə tanış oldular.

Turizm şirkətləri nümayəndələri bölgənin ekoturizm və aqrar turizm məkanları, onların təqdim etdikləri xidmətlərlə tanış oldular. Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran, Masallı, Lerik və Astara rayonları ərazisində yerləşən və layihəyə cəlb olunan aqrar/eko-turizm məntəqələrinə turizm şirkəti nümayəndələri üçün işgüzar səfərlər təşkil […]

Read More May 25