Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Lənkəran iqtisadi regionunda həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində biznes plan müsabiqəsi həyata keçirilir. Bu məqsədlə Lənkəran şəhəri, Heydər Əliyev Mərkəzində təşkil olunan müsabiqə haqqında info-sessiyada müsabiqənin şərtləri, seçim kriteriyaları, qaliblərin seçilməsi qaydaları, mükafat fondu və digər aidiyyatı məlumatlar verildi. Bundan başqa Lənkəran KOB İnkişaf Mərkəzinin direktoru Rafət Şirəliyev tərəfindən müsabiqə üçün ekspertlər tərəfindən hazırlanmış müraciət forması iştirakçılara təqdim olunaraq onlara bir nümunə əsasında biznes planın necə yazılması izah edildi.
30 noyabr tarixinədək davam edən biznes plan müsabiqəsi çərçivəsində aqrar/eko-turizm xidmət təminatçıları təqdim etdikləri turizm xidmətlərini təkmilləşdirmək və ya genişləndirmək, habelə Turizm Məkanları (TM) çərçivəsində yeni turizm fəaliyyətlərinə başlamaq üçün biznes plan təqdim etməyə dəvət olunurlar. Təqdim olunan biznes planlarının keyfiyyətini artırmaq məqsədilə AƏF potensial müraciət edənlər üçün məsləhət xidmətləri təşkil edəcək. Belə ki, müsabiqə müddətində biznes planını təqdim etmək istəyən qurum və sahibkarlara layihə ekspertləri tərəfindən 1 ay müddətində mentorluq xidməti göstəriləcək.
Biznes plan müsabiqəsi bir çox məqsədə xidmət edir. Birincisi, biznes planının hazırlanması və təkmilləşdirilməsi prosesi aqrar/eko-turizm xidmət təminatçılarının potensialının artırılması üçün əlavə bir vasitədir. İkincisi, biznes planlarının TM strategiyalarına uyğunlaşdırılması tələbi, turizm məkanlarının inkişafında tutarlılığı, strategiyaların tətbiqini daha da artırır və konsorsiumlardakı tərəfdaşlığı gücləndirir. Üçüncüsü, mükafat fondu TM strategiyalarının həyata keçirilməsi üçün çox ehtiyac duyulan vəsaiti təmin edir ki, bu da yeni aqrar/eko-turizm məhsullarının inkişafına kömək edir, yerli fermerlərin gəlir mənbələrini şaxələndirir və kənd yerlərində məşğulluq imkanları yaradır.
Biznes plan müsabiqəsi üçün ətraflı məlumatı Avrasiya Əməkdaşlıq Fondunun veb saytında yerləşdirilən elandan və ya info@epfound.az elektron ünvanına yazaraq öyrənə bilərsiniz.
“AgriVision” layihəsinin bağlanış press konfransı keçirildi.
25 noyabrın tarixində Avropa İttifaqının maliyyələşdirdiyi, Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun birgə həyata keçirdiyi “AgriVision” layihəsinin bağlanış press konfransı keçirildi. Layihə 2020-ci ildən etibarən Lənkəran-Astara İqtisadi Rayonunda kiçik və orta sahibkarlığın daha da inkişafı və əlavə gəlir əldə etməsi üçün dəstək vermişdir. Layihənin əsas məqsədləri qeyri-neft sektorunun genişləndirilməsi, eləcə də şəhər və kənd […]
Read More Nov 26Aqrar/eko-turizm məntəqələrinin nümayəndələri üçün növbəti təhsil turu təşkil olunmuşdur.
Avropa İttifaqnın maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran-Astara iqtisadi bölgəsindən seçilmiş aqrar/eko-turizm məntəqələrinin nümayəndələri 12-16 sentyabr tarixlərində Türkiyədə növbəti təhsil turunda iştirak etdilər. Turun əsas məqsədi iştirakçıları öz turizm məntəqələrini inkişaf etdirmək üçün fikir və sınaqdan keçmiş yanaşmalarla təchiz etmək idi. Təhsil turu üçün Lənkəran-Astara iqtisadi rayonundan seçilmiş […]
Read More Oct 5Aİ lahiyəsi cənub bölgəsindəki aqro-turizm məkanlarına səfərlər təşkil etmişdir.
Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində iyul ayının 22, 23 və 24-ü Lənkəran, Astara və Lerik rayonlarında yerləşən aqrar-turizm məkanlarına “Açıq Təsərrüfat Günləri” – ödənişsiz səfərlər təşkil edilmişdir. Nəqliyyat, turizm məkanlarına giriş və çay süfrəsi xərcləri lahiyə tərəfindən qarşılanmışdır. “Açıq Təsərrüfat Günləri” […]
Read More Aug 28