Müsabiqə haqqında məlumat
Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Lənkəran iqtisadi regionunda həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində aqrar/eko-turizm sahəsində uğurlu biznes planların maliyyələşdirilməsi üçün müsabiqə elan olunur.
Müsabiqənin məqsədi Lənkəran İqtisadi Rayonunda yeni aqrar/eko- turizm xidmətlərinin yaradılması, habelə mövcud olan bizneslərə öz aqrar/eko-turizm xidmətlərini təkmilləşdirmək üçün investisiyaların yatırılması, regionda fəaliyyət göstərən fermerlərin gəlir mənbələrini şaxələndirilməsi və kənd yerlərində məşğulluq imkanlarının artırılmasına töhvə verməkdir.
Layihə çərçivəsində yaradılmış 10 Turizm Məkanı Konsorsiumunun üzvləri və onlarla əməkdaşlıq edən digər aqrar/eko-turizm xidmət təminatçıları təqdim etdikləri turizm xidmətlərini təkmilləşdirmək və ya genişləndirmək və ya Turizm Məkanları (TM) çərçivəsində yeni turizm fəaliyyətlərinə başlamaq üçün biznes plan təqdim etməyə dəvət olunurlar.
Təqdim olunacaq biznes planların TM-ların ekspert qiymətləndirmələrinin nəticələrinə, təhsil turlarından nümunələrə, TM inkişaf strategiyalarının fəaliyyət planına və bacarıqların artırılması fəaliyyətlərinin məzmununa uyğun olaraq hazırlanması gözlənilir. Təqdim olunan biznes planlarının keyfiyyətini artırmaq üçün AƏF potensial müraciət edənlər üçün məsləhətlər təşkil edəcək və bu mövzuda mütəxəssislərlə əməkdaşlıq edəcəkdir. Müsabiqə müddətində maraqlı qurum və sahibkarlara layihə ekspertləri tərəfindən 1 ay müddətində mentorluq xidməti göstəriləcək.
Uyğunluq kriteriyaları
Lənkəran İqtisadi Rayonunda fəaliyyət göstərən aşağıdakı qurum və sahibkarlar biznes plan təqdim etmək üçün uyğundur:
Prioritet sahələr
Biznes planları aşağıdakı prioritet sahələri əhatə etməlidir:
Qaliblərin seçilməsi qaydaları
Avrasiya Əməkdaşlıq Fondu, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin təmsilçiləri, Dövlət Turizm Agentliyi, Konstitusiya Araşdırma Fondunun nümayəndələri və biznesin inkişafı üzrə yerli mütəxəssislərlə məsləhətləşərək uyğunluq tələbləri, biznes plan üçün standart forma və seçim kriteriyaları daxil olmaqla tam bir müraciət paketi hazırlayıb. Seçim meyarlarına aşağıdakılar daxildir:
Qaliblər Avrasiya Əməkdaşlıq Fondu və Konstitusiya Araşdırma Fondunun əməkdaşlarından, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nümayəndələrindən və biznesin inkişafı üzrə yerli mütəxəssislərdən ibarət seçim komissiyası tərəfindən müəyyən ediləcək.
Biznes plan üçün ərizə paketinə daxil olan forma müraciətçilər tərəfindən tam doldurulmalıdır. Qismən doldurularaq təqdim edilmiş ərizə formaları qiymətləndirilmə zamanı nəzərə alınmayacaq.
Büdcə
Biznes planlar üçün layihədən tələb olunan maksimum məbləğ 4000 manatdan çox ola bilməz. Ərizəçi büdcəsində digər mənbələrdən maliyyələşməni göstərməlidir. Belə ki, layihədən tələb olunan məbləğ ümumi büdcənin ən çoxu 50%-ni təşkil edə bilər.
Müraciət qaydaları
Biznes plan müsabiqəsində iştirak ilə maraqlanan qurum və sahibkarlar 30 noyabr 2021-ci il tarixinədək “Biznes Plan Ərizə Forması”nı tam dolduraraq info@epfound.az elektron poçt ünvanına göndərməli və ya Avrasiya Əməkdaşlıq Fondunun Lənkəran şəhərində yerləşən regional ofisinə təqdim etməlidirlər.
Əlavə məlumat üçün rsafarzada@epfound.az email ünvanına müraciət edə bilərsiniz.
Monitorinq və qiymətləndirmə üzrə mütəxəssisləri əməkdaşlığa dəvət edirik!
Sifarişçi: Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Tapşırığın təsviri: Layihənin yekun qiymətlləndirilməsi Tapşırığın müddəti: 1 ay Müqavilənin növü: Xidmət müqaviləsi Müraciət üçün qəbul olunan son tarix: 25 sentyabr 2022 TƏSVİR / XÜLASƏ: Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu, “Konstitusiya” Araşdırmalar Fondu ilə birlikdə Lənkəran-Astara iqtisadi rayonunda “AgriVision” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanın cənub bölgəsindəki […]
Read More Sep 11Münaqişə Məktəbi 2 üçün Müraciət
Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqının “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2” (PeaCE-2) proqramı çərçivəsində, gənclər üçün “Münaqişə Məktəbi”nə qəbul elan edir. “Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı aparılan müzakirələrdə uğurla iştirak edə […]
Read More Jun 16Baku Food Hackathon
The most productive Hackathon of this fall – Baku Food Hackathon! Press-release, November 2021 “Baku Food Hackathon” jointly organized by the Delegation of the European Union (EU) to Azerbaijan, the Young European Ambassadors, and EU-funded “AgriVision” project implemented by the Eurasia Partnership Foundation and Constitutional Researches Foundation will take place on November 28th. The global […]
Read More Nov 15