Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə-həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində DataHub MMC və Avrasiya Əməkdaşlıq Fondunun ekspertləri “Qadınların Səsinin Aşkarlanması” adlı fəaliyyət həyata keçirilir. Bu fəaliyyət çərçivəsində vətəndaş cəmiyyəti təşkilatları, beyin mərkəzləri təmsilçilərinin, müstəqil tədqiqatçıların genderə-həssas Dayanıqlı İnkişaf Məqsədlərinin hədəf və indikatorlarının ölkədə icrası vəziyyətinə dair kiçik tədqiqat işlərinin dəstəklənməsi nəzərdə tutulub.
Bu məqsədlə aşağıda göstərilən istiqamətlər üzrə tədqiqat işlərinin qəbulu 20 Fevral 2020-ci il tarixinədək açıq elan edilir.
Tədqiqat işlərinin dəstəklənməsində məqsəd genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin hədəf və indikatorlarının Azərbaycanda implementasiya vəziyyətinə dair həm dövlət orqanlarının, həm də vətəndaş cəmiyyətinin faydalana biləcəyi milli tədqiqat və data mənbələrinin artırılmasıdır. Tədqiqat işləri AƏF və Qafqaz Tədiqat və Resurs Mərkəzi – Azərbaycan tərəfindən aparılmış araşdırma[ http://crrc.az/wp-content/uploads/2019/10/Collection-and-Analysis-of-information-on-Gender-Sensitive-Sustainable-Development-Goals-in-Azerbaijan-2008-2019.pdf ] nəticəsində aşkarlanmış, daha öncə tədqiq olunmamış aşağıdakı sahələri əhatə etməlidir:
Tədqiqat təkliflərinin təqdim olunması qaydaları ilə aşağıdakı faylda daha ətraflı tanış ola bilərsiniz:
Təqdiqat təklifləri aşağıdakı ərizə formaları tam doldurulmaqla təqdim edilə bilər:
Münaqişə Məktəbi 2 üçün Müraciət
Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqının “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2” (PeaCE-2) proqramı çərçivəsində, gənclər üçün “Münaqişə Məktəbi”nə qəbul elan edir. “Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı aparılan müzakirələrdə uğurla iştirak edə […]
Read More Jun 16Baku Food Hackathon
The most productive Hackathon of this fall – Baku Food Hackathon! Press-release, November 2021 “Baku Food Hackathon” jointly organized by the Delegation of the European Union (EU) to Azerbaijan, the Young European Ambassadors, and EU-funded “AgriVision” project implemented by the Eurasia Partnership Foundation and Constitutional Researches Foundation will take place on November 28th. The global […]
Read More Nov 15“AgriVision” Biznes Plan Müsabiqəsi
Müsabiqə haqqında məlumat Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Lənkəran iqtisadi regionunda həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində aqrar/eko-turizm sahəsində uğurlu biznes planların maliyyələşdirilməsi üçün müsabiqə elan olunur. Müsabiqənin məqsədi Lənkəran İqtisadi Rayonunda yeni aqrar/eko- turizm xidmətlərinin yaradılması, habelə mövcud olan bizneslərə öz aqrar/eko-turizm xidmətlərini təkmilləşdirmək üçün investisiyaların yatırılması, […]
Read More Nov 2