Avrasiya Əməkdaşlıq Fondu “Hüququn Üstünlüyü və Demokratiyanın Təşviqi” Proqramını həyata keçirib. Proqramın məqsədi, Azərbaycanda demokratiya, insan haqları, ifadə azadlığı, şəffaflıq və məsuliyyətliliyi təkmilləşdirmək, eləcə də fəal vətəndaş cəmiyyətinin inkişafına dəstək olmaqdan ibarət olub. Proqram çərçivəsində, AƏF-in “Dəvət Olunmuş Layihələr” mexanizmi vasitəsilə ilkin olaraq seçilmiş 30 qeyri-hökumət təşkilatı (QHT) layihə təqdim etməyə dəvət olunub. Proqram, Niderland Xarici İşlər Nazirliyinin Sosial Transformasiya aləti (Matra proqramı) vasitəsilə maliyyələşdirilib.