25 noyabrın tarixində Avropa İttifaqının maliyyələşdirdiyi, Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun birgə həyata keçirdiyi “AgriVision” layihəsinin bağlanış press konfransı keçirildi.
Layihə 2020-ci ildən etibarən Lənkəran-Astara İqtisadi Rayonunda kiçik və orta sahibkarlığın daha da inkişafı və əlavə gəlir əldə etməsi üçün dəstək vermişdir. Layihənin əsas məqsədləri qeyri-neft sektorunun genişləndirilməsi, eləcə də şəhər və kənd yerləri arasında gəlir fərqinin aradan qaldırılması ilə bağlı Azərbaycan hökumətinin inkişaf məqsədlərinə uyğundur. Bununla yanaşı, layihə Avropa İttifaqının “Azərbaycanın İnteqrasiya edilmiş Regional İnkişafı (IRDA)” 2015-ci il üçün İllik Fəaliyyət Proqramının bir hissəsi kimi həyata keçirilmişdir.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq Şöbəsinin rəhbəri cənab Viktor Bojkov bildirib ki: “Bu layihə həm ikitərəfli yardım, həm də İqtisadi və İnvestisiya Planının həyata keçirilməsi perspektivi baxımından Aİ ilə Azərbaycan arasında güclü tərəfdaşlıq üçün böyük əhəmiyyət kəsb edir. Layihə kiçik fermerlərə potensialın artırılması və gəlir gətirən mənbələrin şaxələndirilməsinə dəstək verir, kənd əhalisi üçün alternativ gəlir mənbəyi kimi kənd təsərrüfatı və aqroturizm sektorlarına əlavə dəyər verir. Bu, həm də qonaqlama sektorunda yerli qida və iqtisadi imkanların təşviqində vətəndaş cəmiyyəti, özəl sektor, yerli hökumət və dövlət qurumları ilə əməkdaşlığımızın gözəl nümunəsidir.”
Konfransda iştirak edən yerli icra hakimiyyətləri nümayəndələri də dövlət qurumları üçün mövcud siyasət çərçivəsi və Azərbaycanda aqrar turizmlə bağlı inkişafı dəstəkləyən tədbirlər barədə məlumat verdilər. Tədbirə dəvət olunan Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yerli qurumlarının nümayəndələri də öz növbəsində aqrar/ekoturizmin Azərbaycan Respublikasının iqtisadiyyatının şaxələnməsində rolunu qeyd edərək, layihə çərçivəsində cəlb olunduqları əməkdaşlığı yüksək qiymətləndirdilər. Daha sonra “AgriVision” layihəsinin meneceri Ramin Səfərzadə layihə haqqında qısa təqdimat edərək layihənin məqsəd və hədəfləri, icra olunan işlər və əldə olunan nəticələr haqqında məlumat verdi.
Press konfransın sonunda layihə çərçivəsində əməkdaşlıqdan yararlanan kiçik və orta təsərrüfat sahibləri görülən işlər və edilən yardımlarla bağlı öz təşəkkürlərini bildirib, bu kimi layihələrin davamlı olmasını arzuladıqlarını ifadə etdilər.
Aqrar/eko-turizm məntəqələrinin nümayəndələri üçün növbəti təhsil turu təşkil olunmuşdur.
Avropa İttifaqnın maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran-Astara iqtisadi bölgəsindən seçilmiş aqrar/eko-turizm məntəqələrinin nümayəndələri 12-16 sentyabr tarixlərində Türkiyədə növbəti təhsil turunda iştirak etdilər. Turun əsas məqsədi iştirakçıları öz turizm məntəqələrini inkişaf etdirmək üçün fikir və sınaqdan keçmiş yanaşmalarla təchiz etmək idi. Təhsil turu üçün Lənkəran-Astara iqtisadi rayonundan seçilmiş […]
Read More Oct 5Aİ lahiyəsi cənub bölgəsindəki aqro-turizm məkanlarına səfərlər təşkil etmişdir.
Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində iyul ayının 22, 23 və 24-ü Lənkəran, Astara və Lerik rayonlarında yerləşən aqrar-turizm məkanlarına “Açıq Təsərrüfat Günləri” – ödənişsiz səfərlər təşkil edilmişdir. Nəqliyyat, turizm məkanlarına giriş və çay süfrəsi xərcləri lahiyə tərəfindən qarşılanmışdır. “Açıq Təsərrüfat Günləri” […]
Read More Aug 28Aİ layihəsi cənub bölgəsindəki aqro-turizm məkanlarına səfərlər təşkil edir.
“Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində iyul ayının 22, 23 və 24-ü Lənkəran, Astara və Lerik rayonlarında yerləşən aqrar-turizm məkanlarına “Açıq Təsərrüfat Günləri” – ödənişsiz səfərlər təşkil edilir. Nəqliyyat, turizm məkanlarına giriş və çay süfrəsi xərcləri layihə tərəfindən qarşılanır. “Açıq Təsərrüfat Günləri” […]
Read More Jul 15