» Monitorinq və qiymətləndirmə üzrə mütəxəssisləri əməkdaşlığa dəvət edirik!

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Monİtorİnq və qİymətləndİrmə üzrə mütəxəssİslərİ əməkdaşlığa dəvət edİrİk!

Sifarişçi: Avrasiya Əməkdaşlıq Fondu (AƏF)

Tapşırığın təsviri: Layihənin yekun qiymətlləndirilməsi

Tapşırığın müddəti: 1 ay

Müqavilənin növü: Xidmət müqaviləsi

Müraciət üçün qəbul olunan son tarix: 25 sentyabr 2022

TƏSVİR / XÜLASƏ:

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu, “Konstitusiya” Araşdırmalar Fondu ilə birlikdə Lənkəran-Astara iqtisadi rayonunda “AgriVision” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanın cənub bölgəsindəki kənd ailələrinə gəlirlərini artırmağa və Azərbaycanda şəhər ilə kənd arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı, təkrarlana bilən aqrar / ekoturizmin inkişaf mexanizmi yaratmaq və sınaqdan keçirməkdir.
Artıq layihə bitmək üzrə ikən Avrasiya Əməkdaşlıq Fondu müraciətlər üçün açıq elan edilmiş vakansiya vasitəsilə layihənin icrasının qiymətləndirilməsi üçün müstəqil ekspert(lər)i əməkdaşlığa dəvət edir.

MƏQSƏD, İŞİN MƏZMUNU VƏ BACARIQLAR:

Məqsəd:

Əməkdaşlıq ediləcək müstəqil ekspert Avrasiya Əməkdaşlıq Fondunun Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi ilə razılaşdırdığı qrant-müqavilə əsasında hazırlanan “iş həcminə” (scope of work) əsaslanaraq layihənin fəaliyyətinin yekun  qiymətləndirilməsinin hazırlanmasına və həyata keçirilməsinə cavabdeh olacaq.
Qiymətləndirmə layihənin məntiqi çərçivəsində (logframe) qeyd olunan nəticələrə (outcomes) və təsirə (impact) nə dərəcədə nail olduğunu müəyyən edəcək, layihənin birbaşa benefisiarlardan kənar icmalara və Azərbaycanda daha geniş regional inkişaf proseslərinə təsirini təsvir edəcək, orta və uzunmüddətli perspektivdə layihənin nəticələrinin davamlılığını müəyyənləşdirəcəkdir.

İşin məzmunu :

Fəaliyyət zamanı ekspert monitorinq və qiymətləndirmə metodlarını müəyyənləşdirəcək, sorğu vərəqəsinin hazırlanması, məlumatların öyrənilməsi və təhlilinin aparılmasını həyata keçirəcəkdir. Monitorinq və qiymətləndirmə üsullarına aşağıdakılar daxil edilməlidir:
– Layihə sənədlərinin, monitorinq məlumatlarının və hesabatların nəzərdən keçirilməsi;
– Layihə heyəti, layihənin əsas maraqlı tərəfləri və benefisiarları ilə müsahibələr, həmçinin birbaşa müşahidə və yerində baxış.

Bacarıqlar:
Peşəkarlıq:
• Ən yüksək effektivlik, səriştəlilik, etik və dürüstlük standartlarını qoruyub saxlamaq;
• Tapşırıqla əlaqəli  peşəkar intizamın və ya texniki ixtisasın əsas konsepsiya və prinsiplərini başa düşmək və tətbiq etmək;
• Peşəkar bacarıq nümayiş etdirmək, vicdanla yanaşma və öhdəliklərə əməl etmək, son tarixləri nəzarət etmək  və nəticələr əldə etmək;
• Çətinliklərlə qarşılaşdıqda əzmkarlıq göstərmək.
Biliyin Paylaşılması və Öyrənmə:
• Bilik və təcrübə mübadiləsini aparmaq;
• Öz-özünə öyrənmə və digər öyrənmə vasitələri ilə davamlı fərdi öyrənmə istiqamətində fəal işləmək;
• Dəyişməyə açıq olduğunu və çətinlikləri idarə etmək bacarığını nümayiş etdirmək.

ƏSAS ÇATDIRILMA VƏ VAXT MÜDDƏTİ

Layihə sənədlərinin, monitorinq məlumatlarının və hesabatların nəzərdən keçirilməsi | 01 oktyabr – 10 oktyabr 2022 – ci il
Müsahibə və birbaşa müşahidələrin aparılması, TM-lərə səfərlər | 10 oktyabr – 20 oktyabr 2022 – ci il
Monitorinq və qiymətləndirmə hesabatının hazırlanması və təhvili | 20 oktyabr – 28 oktyabr 2022 – cil il

HESABAT:
Vəzifə sahibi Layihə Menecerinə hesabat təqdim edəcəkdir. Vəzifə sahibi kömək və dəstək fəaliyyətlərinin vaxtında yerinə yetirilməsini təmin etməli, məlumatların vaxtında hazırlanması və təqdim edilməsi ilə bağlı  kifayət qədər töhfə verməlidir. Monitorinq və qiymətləndirmə üzrə ekspert vəzifələrinin icrasına nəzarət etmək məqsədilə bütün tərəflərlə mütəmadi olaraq əlaqə saxlamalı və  əlaqələndirməni təmin etməlidir.

NƏZARƏT:
Ekspert tərəfindən tapşırığın yerinə yetirilməsinə nəzarət Avrasiya Əməkdaşlıq Fondunun mütəxəssisləri və layihənin meneceri tərəfindən aparılacaqdır.

SEÇİM KRTERİYALARI:
– Müvafiq sahələrdə universitet dərəcəsi. (Yüksək elmi dərəcələr üstünlük olaraq nəzərə alınacaqdır);
– Monitorinq və qiymətləndirmə üzrə iş təcrübəsi;
– Azərbaycan dilində işgüzar kommunikasiya bacarıqları. (İngilis dili üzrə hesabat hazırlama bacarığı üstünlük olaraq nəzərə alınacaqdır);
– Lənkəran-Astara iqtisadi regionunda yerləşən aqrar/eko-turizm məntəqələrinə səfərlər edə bilmə imkanı.

ÖDƏMƏ ŞƏRTLƏRİ
– Ödəniş tapşırıqlar bitdikdən sonra 7 (yeddi) gün ərzində ediləcək
– Ödənişlər Xidmət Müqaviləsinə uyğun olaraq həyata keçiriləcək
– Səyahət xərcləri xidmət haqqının ümumi məbləğinə daxildir.

NECƏ MÜRACİƏT ETMƏK OLAR:
Maraqlanan namizədlər 25 sentyabr 2022-ci il tarixinədək maliyyə təklifi və CV / tərcümeyi-hallarını info@epfound.az elektron poçt ünvanına göndərmələri üçün dəvət olunur. Zəhmət olmasa, mövzu hissəsində vəzifə adı olaraq “monitorinq və qiymətləndirmə üzrə ekspert” yazın. Yalnız seçilmiş namizədlərlə əlaqə yaradılacaqdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Münaqişə Məktəbi 2 üçün Müraciət

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqının “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2” (PeaCE-2) proqramı çərçivəsində, gənclər üçün “Münaqişə Məktəbi”nə qəbul elan edir. “Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı aparılan müzakirələrdə uğurla iştirak edə […]

Read More Jun 16

Bakı Qida Hakatonu

Bu payızın ən məhsuldar Hakatonu – Bakı Qida Hakatonu! Press-reliz, Noyabr 2021 Noyabrın 28-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi, Gənc Avropa Səfirləri və Aİ-nın maliyyələşdirdiyi Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi “AgriVision” layihəsi ilə birlikdə təşkil edilən “Bakı Qida Hakatonu” keçiriləcək. Qlobal pandemiya şəraiti kənd təsərrüfatının innovasiyalara olan tələbini artırmışdır. “Bakı Qida […]

Read More Nov 15

“AgriVision” Biznes Plan Müsabiqəsi

Müsabiqə haqqında məlumat Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Lənkəran iqtisadi regionunda həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində aqrar/eko-turizm sahəsində uğurlu biznes planların maliyyələşdirilməsi üçün müsabiqə elan olunur. Müsabiqənin məqsədi Lənkəran İqtisadi Rayonunda yeni aqrar/eko- turizm xidmətlərinin yaradılması, habelə mövcud olan bizneslərə öz aqrar/eko-turizm xidmətlərini təkmilləşdirmək üçün investisiyaların yatırılması, […]

Read More Nov 2