» Münaqişə Məktəbi 2 üçün Müraciət

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Münaqİşə Məktəbİ 2 üçün Müracİət

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqının “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2” (PeaCE-2) proqramı çərçivəsində, gənclər üçün “Münaqişə Məktəbi”nə qəbul elan edir.

“Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı aparılan müzakirələrdə uğurla iştirak edə biləcək yeni nəslin formalaşmasına töhfə verməkdir. Məktəbin proqramı Azərbaycan dilində keçiriləcək.

 “Münaqişə Məktəbi” müxtəlif mövzularda akademik və praktik sessiyalardan ibarətdir, formal və qeyri-formal təhsil metodlarını əhatə edir. Seminar və mühazirələr sülh, müharibə və münaqişələrin sosiologiyası, sosial münaqişə nəzəriyyələri, beynəlxalq humanitar hüquq normaları kimi nəzəri mövzularla yanaşı, qaçqın və məcburi köçkünlərin vəziyyəti, medianın münaqişənin nizamlanmasında rolu və təhlükəsizlik məsələləri, münaqişələrin gender aspekti, xalq diplomatiyası və sülhyaratma təşəbbüsləri kimi müxtəlif aktual mövzuları əhatə edir.  “Münaqişə Məktəbi”ndə müstəqil ekspertlər, elm adamları və dövlət qurumlarının təmsilçiləri dəvət olunacaq. 

Münaqişə Məktəbi”ni uğurla başa vurmuş iştirakçılar sosial fəaliyyətləri üçün kiçik maliyyə dəstəyi əldə etmək imkanına sahib olacaqlar. Maliyyə imkanından əlavə “Alumni+Şəbəkəsi” iştirakçıları üçün nəzərdə tutulmuş təlim və tədbirlərə qatıla biləcəklər.

“Münaqişə Məktəbi″ndə iştirak üçün 18-28 yaş aralığında olan tələbələr, yeni məzun olmuş gənclər və gənc mütəxəssislər müraciət edə bilər. Seçim müraciət edənlərin münaqişə sahəsinə olan marağı və digər meyarlar əsasında aparılacaq. İştirakçıların seçimi müraciət formu və müsahibələr əsasında baş tutacaq.

“Münaqişə Məktəbi” 4 – 14 avqust 2022-ci il tarixlərində Bakıda həyata keçiriləcək. Məktəbin keçirilmə formatı offlayndır. “Münaqişə Məktəbi” boyunca iştirakçılar sadəcə nahar və çay fasiləsi ilə təmin olunacaqlar. Nəzərə almağınızı xahiş edirik ki, ölkə kənarında və Bakıdan kənarda yaşayan iştirakçıların yaşayış və yaşayışla bağlı digər xərcləri qarşılanmayacaq.

“Münaqişə Məktəbi”ndə iştirak etmək üçün 17 iyul 2022-ci il tarixinədək müraciət formasını qeyd edilən keçidə daxil olaraq tamamlamağınızı xahiş edirik: https://forms.gle/KnXaVbEZsKZzDkUd6

Namizədlərin müsahibəyə dəvət edilməsi və seçilməsi müraciət etmə tarixinə əsasən aparılacaq. Bunun üçün iştirakçılardan mümkün qədər tez müraciət etməyini xahiş edirik.

Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) missiyası insanlara sosial ədalət və iqtisadi inkişaf üçün faydalı olan proqramlar vasitəsilə dəyişiklik etməyə imkan yaratmaq, onlara öz icmalarını və öz həyatlarını yaxşılaşdırmaqda yardım etməkdir. Azərbaycanda qeydiyyatdan keçmiş Fond, Avrasiya Fondunun (AF) – keçmiş Sovet ölkələrində yaranan vətəndaş cəmiyyəti təşkilatlarına ilkin maliyyə dəstəyi göstərmək üçün 1992-ci ildə yaradılmış özəl idarəetmə sisteminə malik gəlirsiz təşkilat – varis institutudur.

Bakı Qida Hakatonu

Bu payızın ən məhsuldar Hakatonu – Bakı Qida Hakatonu! Press-reliz, Noyabr 2021 Noyabrın 28-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi, Gənc Avropa Səfirləri və Aİ-nın maliyyələşdirdiyi Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi “AgriVision” layihəsi ilə birlikdə təşkil edilən “Bakı Qida Hakatonu” keçiriləcək. Qlobal pandemiya şəraiti kənd təsərrüfatının innovasiyalara olan tələbini artırmışdır. “Bakı Qida […]

Read More Nov 15

“AgriVision” Biznes Plan Müsabiqəsi

Müsabiqə haqqında məlumat Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Lənkəran iqtisadi regionunda həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində aqrar/eko-turizm sahəsində uğurlu biznes planların maliyyələşdirilməsi üçün müsabiqə elan olunur. Müsabiqənin məqsədi Lənkəran İqtisadi Rayonunda yeni aqrar/eko- turizm xidmətlərinin yaradılması, habelə mövcud olan bizneslərə öz aqrar/eko-turizm xidmətlərini təkmilləşdirmək üçün investisiyaların yatırılması, […]

Read More Nov 2

Aqrar / eko turizm məkanlarının inkişaf strategiyaları təqdim edildi.

Avropa İttifaqının maliyyələşdirdiyi  “AgriVision” – Lənkəran iqtisadi regionunda aqrar / eko turizmin inkişafına dəstək layihəsi çərçivəsində növbəti tədbir həyata keçirilib. Lənkəran şəhərində keçirilmiş konfrans zamanı layihə çərçivəsində əməkdaşlıq edilən aqrar / eko turizm məkanlarının inkişaf strategiyaları təqdim edilib. Layihənin icraçıları Avrasiya Əməkdaşlıq Fondu və Konstitutsiya Araşdırmalar Fondunun nümayəndələri, Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyətinin, Dövlət […]

Read More Sep 17