» Türkiyədə Təhsil Turu

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Türkİyədə Təhsİl Turu

Aqrar/eko-turizm məntəqələrinin nümayəndələri üçün Türkiyədə təhsil turu təşkil olunmuşdur

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran iqtisadi bölgəsindən seçilmiş aqrar/eko-turizm məntəqələrinin sahibləri (və ya nümayəndələri) 05-10 iyul tarixlərində Türkiyənin İzmir bölgəsində təhsil turunda iştirak ediblər. Turun əsas məqsədi azərbaycanlı iştirakçıları öz turizm məntəqələrini inkişaf etdirmək üçün fikir və sınaqdan keçmiş yanaşmalarla təchiz etmək idi. Təhsil turu üçün Azərbaycanda seçilmiş turizm məntəqələrinin şəraitləri və imkanları ilə mümkün qədər uyğun olan, lakin daha yüksək inkişaf səviyyəsinə çatan aqrar, eko-turizm təsərrüfatları müəyyənləşdirilmişdi. Ümumi olaraq iştirakçılar aqrar / eko-turizm təsərrüfatlarının inkişaf strategiyaları haqqında məlumat əldə etmiş, struktur və turizm xidmətlərinin göstərilməsini yerində müşahidə edərək birbaşa həmkarlarından öyrənmək imkanı əldə etdilər.

Təhsil turunun ilk günündə iştirakçılar əsas fəaliyyəti şərabçılıq və bağçılıq olan “Urla Şərabçılıq” aqrar turizm məntəqəsinə səfər etdilər. Səfər zamanı onlar müəssisənin tarixi və fəaliyyəti haqqında məsul şəxslərdən məlumat aldılar və öz suallarını verdilər. Proqramın növbəti hissəsində turizm məntəqəsi tərəfindən şərab dadma xidməti təşkil olundu və iştirakçılara müxtəlif şərablar barədə qısa məlumatı özündə əks etdirən təqdimatlar edildi. Sonda turizm məntəqəsinin yaxınlığında yerləşən botanika bağına səfər təşkil olundu. Bu səfər zamanı iştirakçılar bağ və oradakı bitkilər barədə məlumatlandırılmış, onları maraqlandıra biləcək bitki növlərinin satışı təklif olunmuşdur.

Təhsil turunun ikinci günündə iştirakçıların aqrar/eko-turizm xidməti göstərən “Değirmen” Restoran və Təsərrüfat müəssisəsinə səfəri təşkil olunmuşdur. Tur proqramının ilk mərhələsində iştirakçılar təsərrüfat daxilində yerləşən zeytun yağı muzeyi ilə tanış olmuş və zeytun yağı istehsalı haqqında eksponatlar vasitəsilə tarixə səfər təcrübəsi yaşamışdırlar. Daha sonra müəssisə rəhbərinin müavini tərəfindən iştirakçılar fermer təsərrüfatı və atçılıq barədə məlumatlandırılmış, təsərrüfatda olan quşlar, heyvanlar və bitkilər onlara ferma daxili tur vasitəsilə nümayiş olunmuşdur. Sonda “Değirmen” MMC sahibi xanım Gürsel Tonbul qonaqları qəbul etmiş, çay masası arxasında fəaliyyətləri, çətinlikləri və uğur hekayəsini onlarla paylaşmış, dairəvi iqtisadiyyat-sıfır tullantı konsepti haqqında məlumat vermiş və iştirakçıların ünvanladığı sualları cavablandırmışdır.

Turun üçüncü günü “Bademler Doğal Yaşam Köyü” kooperativinə səfər baş tutmuşdur. İlk öncə iştirakçılar məsul şəxs tərəfindən müəssisənin ərazisi, təsərrüfatı və orda yerləşən emalatxana, ferma və qonaqlama evləri ilə tur vasitəsilə tanış edilmişdir. Daha sonra kooperativ rəhbərliyi iştirakçılarla görüşmüş, onlara aqrar/eko-turizm barədə, kooperativin tarixi, əhəmiyyəti və fəaliyyəti haqqında məlumat vermiş, onların suallarını cavablandırmış və azərbaycanlı sahibkarlarla gələcək müştərək iş imkanları barədə öz təklifini bildirmişdir. İştirakçılar arasından bəzi təsərrüfat sahibləri bu təklifə maraq göstərmiş və mümkün əməkdaşlıq imkanlarını nəzərdən keçirəcəklərini bildirmişlər.

Turun sonuncu günü isə “İsabey Bağ və Bağ Evleri” müəssisəsinə səfər təşkil olunmuşdur. Burda da iştirakçılar məsul şəxs tərəfindən qarşılanmış, müəssisənin fəaliyyəti, tarixi və ərazidə yerləşən xidməti məkanlarla tanış edilmişdir. Daha sonra müəssisənin istehsalı olan şərabların təqdimatı keçirilmiş və  bir neçə şərab dadlarına baxılması üçün iştirakçılara təklif olunmuşdur. Sonda iştirakçılar həmin müəssisənin restoranında nahar etmiş, orda göstərilən xidmət və təamların dadı ilə bir müştəri kimi də tanış olmuşlar.

Təhsil turlarının səmərəliliyini artırmaq və əldə olunan biliklərin yerli fermerlər ilə paylaşmaq üçün Azərbaycana qayıtdıqdan sonra, AƏF konsorsium üzvləri üçün aqrar / eko-turizm üzrə təlimlər təşkil edib və təlimdə seçilmiş iştirakçılar topladıqları məlumatları bütün konsorsiumun üzvləri və digər iştirakçılar ilə dəyirmi masa müzakirəsində bölüblər.

“Bakı Münaqişə Məktəbi 2024”-ə qəbul başladı

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, gənclər üçün “Bakı Münaqişə Məktəbi”nə qəbul elan edir. “Bakı Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı aparılan müzakirələrdə uğurla iştirak edə biləcək yeni nəslin formalaşmasına töhfə verməkdir. Məktəbin proqramı […]

Read More Dec 20

“Gəncə Münaqişə Məktəbi”nə qəbul başladı

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, gənclər üçün “Gəncə Münaqişə Məktəbi”nə qəbul elan edir. “Münaqişə Məktəbi” 2014-cü ildən etibarən həyata keçirilir və bu müddət ərzində Bakı şəhərində ümumilikdə 8 məktəb baş tutmuşdur. “Münaqişə Məktəbi Məzun Şəbəkəsi”nin 200-dən çox üzvü var. 2023-cü ildə ilk dəfə olaraq “Gəncə Münaqişə Məktəbi” həyata keçiriləcəkdir. “Münaqişə Məktəbi”nin ümumi […]

Read More Jun 9

“Bakı Münaqişə Məktəbi”nə qəbul

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, gənclər üçün “Bakı Münaqişə Məktəbi”nə qəbul elan edir. “Bakı Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı aparılan müzakirələrdə uğurla iştirak edə biləcək yeni nəslin formalaşmasına töhfə verməkdir. Məktəbin proqramı […]

Read More May 10