» Marketinq və Brendinq üzrə mütəxəssisləri əməkdaşlığa dəvət edirik!

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Marketİnq və Brendİnq üzrə mütəxəssİslərİ əməkdaşlığa dəvət edİrİk!

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu, “Konstitusiya” Araşdırmalar Fondu ilə birlikdə Lənkəran iqtisadi rayonunda 24 aylıq “AgriVision” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanın cənub bölgəsindəki kənd ailələrinə gəlirlərini artırmağa və Azərbaycanda şəhər ilə kənd arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı, təkrarlana bilən aqrar-turizm / ekoturizmin inkişaf mexanizmi yaratmaq və sınaqdan keçirməkdir.

MƏQSƏD:

Layihənin əsas hədəflərindən biri də marketinq və brendləşdirmə yolu ilə ölkə daxilində və xarici auditoriya üçün Azərbaycanın cənub bölgəsindəki aqrar / eko-turizm məkanlarının görünürlüyünü və təbliğini artırmaqdır. Bu məqsədlə Avrasiya Əməkdaşlıq Fondu layihə çərçivəsində həyata keçirilən ekspert qiymətləndirmələrinin nəticələrinə əsasən seçilmiş bütün turizm məntəqələri üçün əsas marketinq planı və brendinq pateki hazırlayacaq yerli və/və ya xarici marketinq və kommunikasiya mütəxəssislərindən ibarət bir heyət toplamaq niyyətindədir.

İŞİN MƏZMUNU :

  • Yerli və beynəlxalq turizm bazarının, aqro/eko turizmə tələblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Layihənin əhatə etdiyi aqrar/eko-turizm destinasiyalarınının marketinq strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi;
  • Reklam və tanıtım ehtiyaclarının təyin edilməsi, promoaksiyalarını və təkliflərini hazırlanması;
  • Hər bir TD üçün SMM strateqiyasının hazırlanması;
  • Layihə regionunda təklif olunan aqrar / eko-turizm xidmətləri üçün  marketinq planının vacib hissəsini təşkil edəcək brendləşdirmə paketi hazırlanması (Paketə logolar, layihə turizm məkanları üçün vahid, tanınan və yaddaqalan bir marka yaratmaq üçün vacib olan digər komponentlər daxil ediləcək).

NAMİZƏDƏ TƏLƏBLƏR:

  • Müvafiq sahədə ali təhsil;
  • Marketinq və brendinq sahəsində minimum 3 il təcrübə;
  • Azərbaycan və İngilis dili bilikləri
  • Yüksək şifahi və yazılı kommunikasiya qabiliyyəti;
  • Təşəbbüskarlıq və kreativlik keyfiyyətləri;
  • Turizm sahəsində və regionlarda iş təcrübəsi əlavə üstünlük kimi nəzərdən keçirilir.

İŞİN İCRA MÜDDƏTİ

Sorğu və Araşdırmalar 01 İyul 2021 – 01 Avqust 2021
Marketinq plan 20 İyul 2021 – 20 Sentyabr 2021
Brendləşdirmə paketi 30 İyul 2021 – 20 Sentyabr 2021

NECƏ MÜRACİƏT ETMƏK OLAR:

Maraqlanan namizədlər 30 iyun tarixinədək maliyyə təklifi və CV / tərcümeyi-hallarını info@epfound.az elektron poçt ünvanına göndərmələri üçün dəvət olunur. Zəhmət olmasa, mövzu hissəsində vəzifə adı olaraq “Marketinq və brendinq üzrə mütəxəssis” yazın. Yalnız seçilmiş namizədlərlə əlaqə yaradılacaqdır.

“Bakı Münaqişə Məktəbi 2024”-ə yeni qəbul başladı

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) gənclər üçün “Bakı Münaqişə Məktəbi”nə qəbul elan edir. “Bakı Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalardakı müzakirələrdə uğurla iştirak edə biləcək yeni nəslin formalaşmasına töhfə verməkdir. Məktəbin proqramı Azərbaycan dilində keçiriləcək. “Bakı Münaqişə Məktəbi” müxtəlif mövzularda akademik və praktik sessiyalardan […]

Read More May 7

THE ADMINISTRATIVE AND FINANCE ASSISTANT VACANCY

Eurasia Partnership Foundation’s (EPF) mission is to empower people to effect change for social justice and economic prosperity through hands-on programs, helping them to improve their communities and their own lives. With locally registered office in Azerbaijan, EPF is the legacy institution of Eurasia Foundation (EF), a privately managed non-profit organization established in 1992 to deliver seed capital to emerging civil society […]

Read More May 1

“Bakı Münaqişə Məktəbi 2024”-ə qəbul başladı

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, gənclər üçün “Bakı Münaqişə Məktəbi”nə qəbul elan edir. “Bakı Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı aparılan müzakirələrdə uğurla iştirak edə biləcək yeni nəslin formalaşmasına töhfə verməkdir. Məktəbin proqramı […]

Read More Dec 20