» Cənub bölgəsində aqro və eko turizmin inkişafı üçün layihəyə start verilib

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Cənub bölgəsİndə aqro və eko turİzmİn İnkİşafı üçün layİhəyə start verİlİb

Avropa İttifaqının maliyyə dəstəyi iləAvrasiya Əməkdaşlıq Fondu, Konstitusiya Araşdırmalar Fondu ilə birgə Lənkəran iqtisadi bölgəsində həyata keçirilən 2 illlik “AqroViziya” layihəsinə start vermişdir. Layihənin məqsədi Azərbaycanın cənub bölgəsindəki ev təsərrüfatlarının gəlirlərini artırmağa və Azərbaycanda şəhər və kənd arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı, yenidən həyata keçirilə bilən aqrar turizm/ekoturizmin inkişafı mexanizmini yaratmaq və sınaqdan keçirməkdir.

Bu layihə kənd icmalarına əlavə gəlir gətirən və iqtisadi/ekoloji dayanıqlığı özündə birləşdirən turizmin müəyyən növlərini inkişaf etdirməyə yönəlmişdir. Layihənin vəzifələrinə aşağıdakılar daxildir:

  • yerli, regional və milli səviyyədə dövlət və özəl aqrar turizm/ekoturizm tərəfdaşları arasında əməkdaşlığı inkişaf etdirmək və Azərbaycanda bu sektorun inkişafına strateji və birgə yanaşmanı təşviq etmək;
  • dövlət və özəl aqrar turizm/ekoturizmlə əlaqəli maraqlı tərəflərin və biznes məsləhət xidmətləri təminatçılarının potensialını gücləndirmək;
  • Kiçik və orta təsərrüfatların ehtiyaclarına uyğun təlimlər, təhsil turları vasitəsi ilə bilik və bacarıqlarının artırılması, biznes strategiyalarının hazırlanması;
  • investisiya dəstəyi və istehlakçıların məlumatlandırılması ilə Azərbaycanın cənub regionunda aqrar turizm / ekoturizm bölgələrinin ölkə daxilində və xarici auditoriya üçün görünümlüyü və çatımlılığını artırmaq.

Avrasiya Əməkdaşlıq Fondu bu təklifi biznes və kənd təsərrüfatının inkişafı üzrə yerli mütəxəssislərlə məsləhətləşmələr şəraitində hazırlamışdır. Layihənin icrası zamanı Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, yerli icra hakimiyyətləri ilə sıx əməkdaşlıq ediləcək. Layihədən əsasən Lənkəran iqtisadi rayonunda yerləşən, kənd təsərrüfatı və turizm fəaliyyətini uğurla birləşdirmək üçün dəstək alan kiçik və orta təsərrüfatlar faydalanacaq.

24 ay davam edəcək fəaliyyətin sonunda Lənkəran iqtisadi bölgəsində 10 ədəd aqro-turizm məkanının yaradılması və fəaliyyət göstərməsi planlaşdırılır.

Münaqişə Məktəbi 2 üçün Müraciət

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqının “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2” (PeaCE-2) proqramı çərçivəsində, gənclər üçün “Münaqişə Məktəbi”nə qəbul elan edir. “Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı aparılan müzakirələrdə uğurla iştirak edə […]

Read More Jun 16

Bakı Qida Hakatonu

Bu payızın ən məhsuldar Hakatonu – Bakı Qida Hakatonu! Press-reliz, Noyabr 2021 Noyabrın 28-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi, Gənc Avropa Səfirləri və Aİ-nın maliyyələşdirdiyi Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi “AgriVision” layihəsi ilə birlikdə təşkil edilən “Bakı Qida Hakatonu” keçiriləcək. Qlobal pandemiya şəraiti kənd təsərrüfatının innovasiyalara olan tələbini artırmışdır. “Bakı Qida […]

Read More Nov 15

“AgriVision” Biznes Plan Müsabiqəsi

Müsabiqə haqqında məlumat Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Lənkəran iqtisadi regionunda həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində aqrar/eko-turizm sahəsində uğurlu biznes planların maliyyələşdirilməsi üçün müsabiqə elan olunur. Müsabiqənin məqsədi Lənkəran İqtisadi Rayonunda yeni aqrar/eko- turizm xidmətlərinin yaradılması, habelə mövcud olan bizneslərə öz aqrar/eko-turizm xidmətlərini təkmilləşdirmək üçün investisiyaların yatırılması, […]

Read More Nov 2