» YERLİ GƏNC TƏŞƏBBÜSLƏRİ ÜÇÜN 2Cİ MÜRACİƏT ELANI

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

YERLİ GƏNC TƏŞƏBBÜSLƏRİ ÜÇÜN 2Cİ MÜRACİƏT ELANI

Qafqaz Tədqiqat Resurs Mərkəzi – Gürcüstan təşkilatı Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən, yerli gənc təşəbbüslərinin bacarıqlarının artırılması və fəaliyyətinin yaxşılaşdırılması üzrə innovativ ideyaların dəstəklənməsi üçün tərtib olunmuş 2-ci proqram həyata keçirir. Bu proqramın tərkib hissəsi kimi yerli gənclərin idarə etdiyi vətəndaş təşəbbüsləri üzrə xidmət təkliflərinin  mütəmadi olaraq qəbulunu 31 dekabr 2019-cu il tarixinədək açıq elan edir. Xidmət təklifləri üçün şərtlər haqqında ətraflı məlumatı və müraciət formalarını əlavə edilmiş sənədlərdən endirə bilərsiniz:

2nd_Call_Youth

2nd_ServicesDescription_YouthInitiatives

2nd_ActionPlan_YouthInitiatives

2nd_CostJustification_YouthInitiatives

“Gəncə Münaqişə Məktəbi”nə qəbul başladı

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, gənclər üçün “Gəncə Münaqişə Məktəbi”nə qəbul elan edir. “Münaqişə Məktəbi” 2014-cü ildən etibarən həyata keçirilir və bu müddət ərzində Bakı şəhərində ümumilikdə 8 məktəb baş tutmuşdur. “Münaqişə Məktəbi Məzun Şəbəkəsi”nin 200-dən çox üzvü var. 2023-cü ildə ilk dəfə olaraq “Gəncə Münaqişə Məktəbi” həyata keçiriləcəkdir. “Münaqişə Məktəbi”nin ümumi […]

Read More Jun 9

“Bakı Münaqişə Məktəbi”nə qəbul

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, gənclər üçün “Bakı Münaqişə Məktəbi”nə qəbul elan edir. “Bakı Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı aparılan müzakirələrdə uğurla iştirak edə biləcək yeni nəslin formalaşmasına töhfə verməkdir. Məktəbin proqramı […]

Read More May 10

Monitorinq və qiymətləndirmə üzrə mütəxəssisləri əməkdaşlığa dəvət edirik!

Sifarişçi: Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Tapşırığın təsviri: Layihənin yekun qiymətlləndirilməsi Tapşırığın müddəti: 1 ay Müqavilənin növü: Xidmət müqaviləsi Müraciət üçün qəbul olunan son tarix: 25 sentyabr 2022 TƏSVİR / XÜLASƏ: Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu, “Konstitusiya” Araşdırmalar Fondu ilə birlikdə Lənkəran-Astara iqtisadi rayonunda “AgriVision” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanın cənub bölgəsindəki […]

Read More Sep 11