Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu, Konstitusiya Araşdırmalar Fondu ilə birgə Lənkəran iqtisadi bölgəsində həyata keçirilən 2 illlik “AgroVision” layihəsini icra edir. Layihənin məqsədi Azərbaycanın cənub bölgəsindəki ev təsərrüfatlarının gəlirlərini artırmağa və Azərbaycanda şəhər və kənd arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı, yenidən həyata keçirilə bilən aqrar turizm/eko-turizmin inkişafı mexanizmini yaratmaq və sınaqdan keçirməkdir.
Bu məqsədlə Lənkəran, Lerik, Masallı və Astara rayonlarında fəaliyyət göstərən, və kənd təsərrüfatı ilə turizm fəaliyyətini uğurla birləşdirmək istəyində olan fermer və kənd təsərrüfatı bizneslərinin seçimi üçün 20 oktyabr 2020-ci il tarixinədək ərizələrin qəbulu açıq elan olunur.
Kimlər müraciət edə bilər?
Necə müraciət etmək olar?
“AgriVision” layihəsi çərçivəsində turistik məkanların seçilməsi məqsədi ilə müraciətlərin qəbulu elanına müraciət etmək üçün müvafiq ərizə formasını dolduraraq təqdim etmək lazımdır. Ərizə formasını www.epfound.az saytından və info@epfound.az email ünvanına yazaraq əldə edə bilərsiniz.
Yalnız 20 oktyabr 2020-ci il tarixinədək tam doldurularaq təqdim olunmuş ərizələrə baxılacaq.
Əlavə məlumat üçün +994516985522 (Günay Zeynalova, layihə meneceri) nömrəsinə müraciət edə bilərsiniz.
Münaqişə Məktəbi 2 üçün Müraciət
Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqının “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2” (PeaCE-2) proqramı çərçivəsində, gənclər üçün “Münaqişə Məktəbi”nə qəbul elan edir. “Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı aparılan müzakirələrdə uğurla iştirak edə […]
Read More Jun 16Baku Food Hackathon
The most productive Hackathon of this fall – Baku Food Hackathon! Press-release, November 2021 “Baku Food Hackathon” jointly organized by the Delegation of the European Union (EU) to Azerbaijan, the Young European Ambassadors, and EU-funded “AgriVision” project implemented by the Eurasia Partnership Foundation and Constitutional Researches Foundation will take place on November 28th. The global […]
Read More Nov 15“AgriVision” Biznes Plan Müsabiqəsi
Müsabiqə haqqında məlumat Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Lənkəran iqtisadi regionunda həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində aqrar/eko-turizm sahəsində uğurlu biznes planların maliyyələşdirilməsi üçün müsabiqə elan olunur. Müsabiqənin məqsədi Lənkəran İqtisadi Rayonunda yeni aqrar/eko- turizm xidmətlərinin yaradılması, habelə mövcud olan bizneslərə öz aqrar/eko-turizm xidmətlərini təkmilləşdirmək üçün investisiyaların yatırılması, […]
Read More Nov 2