Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və Konstitusiya Araşdırmalar Fondu tərəfindən Lənkəran iqtisadi regionunun Lənkəran, Masallı, Lerik və Astara rayonlarında 24 aylıq “AgroViziya” layihəsi həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycanın cənub bölgələrindəki kənd ev təsərrüfatlarının gəlirlərini artırmağa və Azərbaycanın şəhər və kənd əhalisi arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı və təkrarlana bilən aqrar turizm / ekoturizmin inkişaf mexanizmini yaratmaq və sınaqdan keçirməkdir.
Layihənin ilkin mərhələsində görüləcək fəaliyyətlərdən biri Lənkəran iqtisadi bölgəsindəki turizm potensialı olan ev və fermer təsərrüfatlarının təyin olunması, potensiallarının qiymətləndirilməsi və onların turizm məkanları olaraq inkişafı üçün biznes strategiyaların hazırlanmasıdır. Bu məqsədlə bu sahədə fəaliyyət göstərən expertlət əməkdaşlığa dəvət olunur.
Yerli mütəxəssislər qrupu tərəfindən aşağıdakı işlər görüləcək:
Öhdəliklər:
Məhsul:
Məhsul 1. Turistik məkanlar üçün təkliflərin qəbulu elanına ərizə formasının hazırlanması;
Məhsul 2. Lənkəran iqtisadi bölgəsindəki seçilmiş turistik məkanların layihəyə cəlb olunması;
Məhsul 3. Hər TM üçün strategiyaların tərtib edilməsi.
İcra müddətləri
Məhsul 1. Təkliflər üçün ərizə formasının hazırlanması | 20 sentyabr 2020 – 30 sentyabr 2020 |
Məhsul 2. Turist Məntəqələrinin qiymətləndirilməsi | 10 oktyabr 2020 – 25 dekabr 2021 |
Məhsul 3. Turist Məntəqələri üçün strategiyaların tərtib edilməsi | 01 dekabr 2020 – 01 fevral 2021 |
Namizədə tələblər:
Müraciət qaydası
Əməkdaşlıq etməkdə maraqlı olan namizədlərdən tərcümeyi – hal və daha öncə gördükləri işlər haqqında məlumatı grzayeva@epfound.az e-mail ünvanına göndərmələri xahiş olunur.
Müraciət üçün son tarix: 10 sentyabr 2020-ci il, saat 18:00-dək.
“Gəncə Münaqişə Məktəbi”nə qəbul başladı
Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, gənclər üçün “Gəncə Münaqişə Məktəbi”nə qəbul elan edir. “Münaqişə Məktəbi” 2014-cü ildən etibarən həyata keçirilir və bu müddət ərzində Bakı şəhərində ümumilikdə 8 məktəb baş tutmuşdur. “Münaqişə Məktəbi Məzun Şəbəkəsi”nin 200-dən çox üzvü var. 2023-cü ildə ilk dəfə olaraq “Gəncə Münaqişə Məktəbi” həyata keçiriləcəkdir. “Münaqişə Məktəbi”nin ümumi […]
Read More Jun 9“Bakı Münaqişə Məktəbi”nə qəbul
Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, gənclər üçün “Bakı Münaqişə Məktəbi”nə qəbul elan edir. “Bakı Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı aparılan müzakirələrdə uğurla iştirak edə biləcək yeni nəslin formalaşmasına töhfə verməkdir. Məktəbin proqramı […]
Read More May 10Monitorinq və qiymətləndirmə üzrə mütəxəssisləri əməkdaşlığa dəvət edirik!
Sifarişçi: Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Tapşırığın təsviri: Layihənin yekun qiymətlləndirilməsi Tapşırığın müddəti: 1 ay Müqavilənin növü: Xidmət müqaviləsi Müraciət üçün qəbul olunan son tarix: 25 sentyabr 2022 TƏSVİR / XÜLASƏ: Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu, “Konstitusiya” Araşdırmalar Fondu ilə birlikdə Lənkəran-Astara iqtisadi rayonunda “AgriVision” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanın cənub bölgəsindəki […]
Read More Sep 11