Avrasiya Əməkdaşlıq Fondu, Konstitusiya Araşdırmalar Fondu ilə birgə Avropa İttifaqının maliyyələşdirdiyi Lənkəran iqtisadi bölgəsində həyata keçirilən 2 illlik “AqroViziya” layihəsinə start vermişdir. Bu layihə kənd icmalarına əlavə gəlir gətirən və iqtisadi/ekoloji dayanıqlığı özündə birləşdirən aqrar turizm/ekoturizmi inkişaf etdirməyə yönəlmişdir. Layihənin icrası zamanı Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, yerli icra hakimiyyətləri ilə sıx əməkdaşlıq ediləcək.
Layihə müddəti ərzində Avrasiya Əməkdaşlıq Fondunun Lənkəran şəhərində yerləşən ofisində təcrübə proqramı keçiriləcəkdir. Təcrübəçilər nəzarətçinin tələbinə uyğun olaraq idarəetmə, icma ilə iş, kommunikasiya və digər sahələrə cəlb olunacaqlar. Seçilmiş təcrübəçilərdən həftədə 20 saat işləməsi tələb olunur. Təcrübəçilərin seçimi üçün nəzərdə tutulmuş tələblər aşağıdakılardır:
Maraqlanan namizədlərdən keçmiş fəaliyyətlərini, təcrübələrini və bu təcrübə proqramı ilə maraqlanma səbəblərini əks etdirən istək məktubunu və CV-lərini 15 sentyabr 2020-ci il tarixinədək info@epfound.az ünvanına göndərmələri tələb olunur.
Münaqişə Məktəbi 2 üçün Müraciət
Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqının “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2” (PeaCE-2) proqramı çərçivəsində, gənclər üçün “Münaqişə Məktəbi”nə qəbul elan edir. “Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı aparılan müzakirələrdə uğurla iştirak edə […]
Read More Jun 16Baku Food Hackathon
The most productive Hackathon of this fall – Baku Food Hackathon! Press-release, November 2021 “Baku Food Hackathon” jointly organized by the Delegation of the European Union (EU) to Azerbaijan, the Young European Ambassadors, and EU-funded “AgriVision” project implemented by the Eurasia Partnership Foundation and Constitutional Researches Foundation will take place on November 28th. The global […]
Read More Nov 15“AgriVision” Biznes Plan Müsabiqəsi
Müsabiqə haqqında məlumat Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Lənkəran iqtisadi regionunda həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində aqrar/eko-turizm sahəsində uğurlu biznes planların maliyyələşdirilməsi üçün müsabiqə elan olunur. Müsabiqənin məqsədi Lənkəran İqtisadi Rayonunda yeni aqrar/eko- turizm xidmətlərinin yaradılması, habelə mövcud olan bizneslərə öz aqrar/eko-turizm xidmətlərini təkmilləşdirmək üçün investisiyaların yatırılması, […]
Read More Nov 2