» Turizm məkanı sahibləri ilə ekspert görüşləri keçirilmişdir.

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Turİzm məkanı sahİblərİ İlə ekspert görüşlərİ keçİrİlmİşdİr.

Avropa İttifaqnın maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran iqtisadi bölgəsindən seçilmiş aqrar/eko-turizm məntəqələrinin (TM) sahibləri ilə müvafiq sahənin ekspertləri arasında görüşlər həyata keçirilmişdir.

“Muradgildə”, Lənkəran rayonu, Daştatürk kəndində aqro/eko-turizm məkanı

İki gün davam edən görüşlər zamanı layihə bölgəsində yerləşən kiçik və orta ailə təsərrüfatları və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələrin sahibkarları ilə bir yerli və bir xarici ekpert olmaqla turizm sahəsinin mütəxəssisləri görüşmüş və bu görüşlər zamanı digər bir yerli mütəxəsssin də iştirakı onlayn formada təmin edilmişdir. Lənkəran şəhərində keçirilən görüşlərdə ekspertlər sahibkarlara onların təsərrüfatları barədə apardıqları qiymətləndirmə haqqında məlumat vermiş, mövcud vəziyyəti dəyərləndirmiş, həm xidmət, həm də şəraitlə bağlı çatışmayan cəhətlətləri nəzərə çatdırmışdırlar. Qeyd etmək lazımdır ki, ekpert qiymətləndirmələri özəl tur operatorlarının da iştirakı ilə fevral ayındada seçilmiş turizm məntəqələrinə edilmiş səfərlər əsasında əldə olunan rəylər və tərtib olunmuş qiymətləndirmə meyarları əsasında həyata keçirilmişdir.

Hər bir turizm məkanı üçün inkişaf strategiyaları Layihə ekpertləri tərəfindən hazırlanır.

Ümumiyyətlə, layihə çərçivəsində ekspertlər mümkün olduğu təqdirdə xüsusi karantin rejimi qaydalarını da nəzərə alaraq bir neçə dəfə Lənkəran iqtisadi regionuna işgüzar səfərlər etmiş, həm sahibkarlar və onların işçiləri, həm də müvafiq sahədə fəaliyyət göstərən yerli dövlət və özəl təminatçılarla görüşlər keçirmişlər. Bu sonuncu görüşlər zamanı da ekspertlər turizm məntəqələrinin ehtiyacları, hədəfləri və aidiyyatı mövzularla maraqlanmış, onların inkişaf stragiyaları formalaşdırmasına öz təklif və tövhələrini vermişlər.

Ekspertlər tərəfindən may ayı ərzində keçirilmiş görüşlər və qiymətləndirmələr nəticəsində turizm məntəqələrinin dayanıqlı inkişaf strategiyaları hazırlanır. Hazırlanan dayanıqlı inkişaf strategiyaları yaxın zamanda həyata keçiriləcək potensialın gücləndirilməsi fəaliyyətlərində və turizm məntəqələrinin öz biznes planlarını hazırlaması zamanı da istifadə olunacaqdır.

CONSULTANCY IS PROVIDED TILL 9 JUNE, 2021.

CRRC-Georgia/EPF-Azerbaijan announces an open call for proposals in the framework of “Peacebuilding through Capacity Enhancement and Civic Engagement: Phase 2” (PeaCE-2) programme funded by the European Union under the Instrument contributing to Stability and Peace (IcSP). For more information check the link:https://www.dropbox.com/sh/sshkheeaudnteed/AABvNIvUbxNH4mS55zoyyCAha?dl=0Be kindly informed that we will provide consultancy regarding project proposals. Consultancy is not […]

Read More Jun 3

Marketinq və Brendinq üzrə mütəxəssisləri əməkdaşlığa dəvət edirik!

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu, “Konstitusiya” Araşdırmalar Fondu ilə birlikdə Lənkəran iqtisadi rayonunda 24 aylıq “AgriVision” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanın cənub bölgəsindəki kənd ailələrinə gəlirlərini artırmağa və Azərbaycanda şəhər ilə kənd arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı, təkrarlana bilən aqrar-turizm / ekoturizmin inkişaf mexanizmi yaratmaq və sınaqdan keçirməkdir. MƏQSƏD: Layihənin […]

Read More Jun 1

Biznesin inkişafı və turizm üzrə təlimçi axtarılır!

TƏSVİR / XÜLASƏ: Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu, “Konstitusiya” Araşdırmalar Fondu ilə birlikdə Lənkəran iqtisadi rayonunda 24 aylıq “AgriVision” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanın cənub bölgəsindəki kənd ailələrinə gəlirlərini artırmağa və Azərbaycanda şəhər ilə kənd arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı, təkrarlanan aqrar-turizm / ekoturizmin inkişaf mexanizmi yaratmaq və sınaqdan keçirməkdir. […]

Read More Apr 1