Proqramın məqsədi məktəb rəhbərlərinin maliyyə idarəçiliyinin potensialını inkişaf etdirərək və məktəblərin büdcə xərcləri üzərində vətəndaşların nəzarətinin artıraraq təhsil büdcələrinin şəffaflığını artırmaq olub. Avrasiya Əməkdaşlıq Fondu (AƏF), təhsil qanunvericiliyi layihəsini təhlil etmək üçün yerli hüquqşünaslar qrupu ilə olan işdən yanaşı, iki yerli təşkilat, BUTA – Bakıda Uşaqlar İnsani Kömək Fondu və Gəncədə İnformasiya İctimai Birliyi ilə əməkdaşlıq edərək məktəb rəhbərlərinə, ən çox qiymətləndirən və prioritetləşdirən aktual məsələlərin və illik büdcənin layihələndirməsinin valideyn və cəmiyyət üzvlərinin iştirakı ilə keçirilməsi üzrə təlim keçib.
Layihə çərçivəsində yerinə yetirilən fəaliyyətlər: (1) 14 məktəbdə Valideyn Komitələri və Məktəb Şuralarını seçmək üçün seçkilərin keçirilməsinə kömək edilib; (2) Məktəb direktorları üçün yeni mərkəzləşdirilmiş maliyyələşdirmə mexanizminin tətbiqi üzrə təlimlər 14 məktəbdən 5 nəfər heyət (direktor, direktor müavini, mühasib, məktəb şurasının sədri və valideyn komitəsinin nümayəndəsi) üçün aparılıb; (3) Yeni büdcədənkənar maliyyələşdirmə mexanizminin tətbiqi üzrə məktəb idarəçiləri və müstəqil şuralar ilə təşkil olunan mövzularda dəyirmi masa müzakirələri aparılıb; (4) Əli Bayramlı (indiki Şirvan) rayonunda 14 pilot məktəb şəbəkəsi yaradılıb; (5) Birgə məktəb-cəmiyyət təşəbbüslərinin dəstəklənməsi üçün AƏF tərəfindən 10-14 ədəd kiçik hədiyyə təqdim edilib; (6) Maliyyə və Təhsil Nazirliyi ilə birlikdə büdcə və maliyyələşdirmə üçün məktəblərdə mövcud olan mexanizmləri aydınlaşdırmaq üçün yerli ofis və məktəblərlə birlikdə dəyirmi masa müzakirələri təşkil edilib; (7) Məktəblərin mərkəzləşdirilməmiş maliyyələşdirilməsinə, cəmiyyət – məktəb təşəbbüslərinə, büdcədənkənar pula və məktəb rəhbərliyinə valideynlərin cəlb olunmasına keçid məsələsində veb-əsaslı portal inkişaf etdirilib; (8) Silsilə məqalələr professional jurnallarda dərc edilib və ictimaiyyətin təşəbbüslər haqda məlumatını artırmaq üçün ictimai televiziyada yeni mərkəzləşdirimiş maliyyələşdirmə sxemi ilə bağlı debatlar keçirilib; (9) Bakıda MDB ölkələrində baş verən oxşar təşəbbüslərlə təcrübə mübadiləsi üçün beynəlxalq konfrans keçirilib; (10) Yeni büdcədənkənar maliyyələşdirmə mexanizminin tətbiqində maneələr, o cümlədən maneələrin aradan qaldırılması barədə tövsiyələr hazırlanmış siyasət məqaləsi hazırlanmışdır: siyasət məqaləsi Təhsil Nazirliyinə təqdim edilib.