» BƏYƏNAT

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

BƏYƏNAT

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş, müstəqil fəaliyyət göstərən qeyri-hökumət təşkilatdır.  Missiyamız insanlara sosial ədalət və iqtisadi inkişaf üçün faydalı olan proqramlar vasitəsilə dəyişiklik etməyə imkan yaratmaq, onlara öz icmalarını və həyatlarını yaxşılaşdırmaqda yardım etməkdir.

Müstəqil bir təşkilat kimi AƏF Azərbaycan, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli üçün həyata keçirilən və dəstəklənən bütün fəaliyyətlərdə beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə əməl etdiyini vurğulayır. Münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq həll edilməsini münaqişənin transformasiyası və münaqişə tərəfləri arasında münasibətlərin normallaşdırılması üçün əsas çərçivə hesab edirik. AƏF Azərbaycan, AƏF Ermənistanın verdiyi bəyanatlara görə məsuliyyət daşımır, bu cür bəyanatlarda  səsləndirilən fikirləri bölüşmür və bunlara görə heç bir şəkildə cavabdeh ola bilməz. AƏF Azərbaycanın Qəyyumlar Şurası və digər əlaqədar qurumlar AƏF Ermənistanın verdiyi bəyanatlar haqqında məlumatlandırılmışdır və müvafiq tədbirlər görüləcəkdir.

THE ADMINISTRATIVE AND FINANCE ASSISTANT VACANCY

Eurasia Partnership Foundation’s (EPF) mission is to empower people to effect change for social justice and economic prosperity through hands-on programs, helping them to improve their communities and their own lives. With locally registered office in Azerbaijan, EPF is the legacy institution of Eurasia Foundation (EF), a privately managed non-profit organization established in 1992 to deliver seed capital to emerging civil society […]

Read More May 1

“Bakı Münaqişə Məktəbi 2024”-ə qəbul başladı

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, gənclər üçün “Bakı Münaqişə Məktəbi”nə qəbul elan edir. “Bakı Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı aparılan müzakirələrdə uğurla iştirak edə biləcək yeni nəslin formalaşmasına töhfə verməkdir. Məktəbin proqramı […]

Read More Dec 20

“Gəncə Münaqişə Məktəbi”nə qəbul başladı

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, gənclər üçün “Gəncə Münaqişə Məktəbi”nə qəbul elan edir. “Münaqişə Məktəbi” 2014-cü ildən etibarən həyata keçirilir və bu müddət ərzində Bakı şəhərində ümumilikdə 8 məktəb baş tutmuşdur. “Münaqişə Məktəbi Məzun Şəbəkəsi”nin 200-dən çox üzvü var. 2023-cü ildə ilk dəfə olaraq “Gəncə Münaqişə Məktəbi” həyata keçiriləcəkdir. “Münaqişə Məktəbi”nin ümumi […]

Read More Jun 9