Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu, “Konstitusiya” Araşdırmalar Fondu ilə birlikdə Lənkəran iqtisadi rayonunda 24 aylıq “AgriVision” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanın cənub bölgəsindəki kənd ailələrinə gəlirlərini artırmağa və Azərbaycanda şəhər ilə kənd arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı, təkrarlana bilən aqrar/eko-turizmin inkişaf mexanizmi yaratmaq və sınaqdan keçirməkdir.
Layihənin əsas hədəflərindən biri də marketinq və brendləşdirmə yolu ilə ölkə daxilində və xarici auditoriya üçün Azərbaycanın cənub bölgəsindəki aqrar / eko-turizm məkanlarının görünürlüyünü və təbliğini artırmaqdır. Bu məqsədlə Avrasiya Əməkdaşlıq Fondu layihə çərçivəsində həyata keçirilən ekspert qiymətləndirmələrinin nəticələrinə əsasən seçilmiş bütün turizm məntəqələri üçün əsas marketinq planı və brendinq paketi hazırlayacaq mütəxəssislərindən ibarət bir heyət yaradıb. Bu heyətin tərkibinə peşəkar foto və video materiallar hazırlayacaq çəkiliş komandası da daxildir.
Marketinq planını hazırlayanlar ilk öncə aqrar/eko-turizm məkanları barədə məlumatlılıq səviyyələrini və gözləntiləri, habelə məlumat almaq üçün üstünlük verilən yolları (vasitələri) müəyyənləşdirmək üçün Bakı sakinləri – turizm məntəqələrinin potensial müştəriləri ilə onlayn sorğular və fokus qrup araşdırmaları keçirib. Daha sonra onlar seçilmiş turizm məntəqələrinə səfər edərək ordakı mövcud vəziyyətlə birbaşa tanış olublar. Həmçinin konsorsiumun üzvləri ilə marketinq təkliflərini müzakirə edərək marketinq planınının hazırlanması üçün onların rəyləri öyrəniblər. Eyni zamanda çəkiliş komandası bu səfərlər zamanı turizm məntəqələrində çəkilişlər apararaq marketinq üçün lazım olan professional tanıtım materiallarını hazırlayıb.
Bununla yanaşı, hal-hazırda layihə regionunda təklif olunan aqrar/eko-turizm xidmətləri üçün marketinq planının vacib hissəsini təşkil edəcək brendləşdirmə paketi də hazırlanır. Paketə logolar, layihəyə seçilmiş turizm məkanları üçün vahid, tanınan və mədəni cəhətdən uyğun bir marka yaratmaq üçün vacib olan digər komponentlər daxil ediləcəkdir.
“Bakı Münaqişə Məktəbi 2024”-ə yeni qəbul başladı
Avrasiya Əməkdaşlıq Fondu (AƏF) gənclər üçün “Bakı Münaqişə Məktəbi”nə qəbul elan edir. “Bakı Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalardakı müzakirələrdə uğurla iştirak edə biləcək yeni nəslin formalaşmasına töhfə verməkdir. Məktəbin proqramı Azərbaycan dilində keçiriləcək. “Bakı Münaqişə Məktəbi” müxtəlif mövzularda akademik və praktik sessiyalardan […]
Read More May 7THE ADMINISTRATIVE AND FINANCE ASSISTANT VACANCY
Eurasia Partnership Foundation’s (EPF) mission is to empower people to effect change for social justice and economic prosperity through hands-on programs, helping them to improve their communities and their own lives. With locally registered office in Azerbaijan, EPF is the legacy institution of Eurasia Foundation (EF), a privately managed non-profit organization established in 1992 to deliver seed capital to emerging civil society […]
Read More May 1“Bakı Münaqişə Məktəbi 2024”-ə qəbul başladı
Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, gənclər üçün “Bakı Münaqişə Məktəbi”nə qəbul elan edir. “Bakı Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı aparılan müzakirələrdə uğurla iştirak edə biləcək yeni nəslin formalaşmasına töhfə verməkdir. Məktəbin proqramı […]
Read More Dec 20