» “Gəncə Münaqişə Məktəbi”nə qəbul başladı

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

“Gəncə Münaqİşə Məktəbİ”nə qəbul başladı

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, gənclər üçün “Gəncə Münaqişə Məktəbi”nə qəbul elan edir.

“Münaqişə Məktəbi” 2014-cü ildən etibarən həyata keçirilir və bu müddət ərzində Bakı şəhərində ümumilikdə 8 məktəb baş tutmuşdur. “Münaqişə Məktəbi Məzun Şəbəkəsi”nin 200-dən çox üzvü var. 2023-cü ildə ilk dəfə olaraq “Gəncə Münaqişə Məktəbi” həyata keçiriləcəkdir.

“Münaqişə Məktəbi”nin ümumi məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı aparılan müzakirələrdə uğurla iştirak edə biləcək yeni nəslin formalaşmasına töhfə verməkdir. Məktəbin proqramı Azərbaycan dilində keçirilir.

“Gəncə Münaqişə Məktəbi” müxtəlif mövzularda akademik və praktik sessiyalardan ibarətdir, formal və qeyri-formal təhsil metodlarını əhatə edir. Sessiyalar sülh və münaqişə nəzəriyyələri kimi mövzularla yanaşı, qaçqın və məcburi köçkünlərin vəziyyəti, medianın münaqişənin nizamlanmasında rolu, münaqişələrin gender aspekti və xalq diplomatiyası kimi müxtəlif aktual mövzuları əhatə edir. “Gəncə Münaqişə Məktəbi”nə müstəqil ekspertlər, elm adamları və dövlət qurumlarının təmsilçiləri dəvət olunacaq.

“Gəncə Münaqişə Məktəbi”ni uğurla başa vurmuş iştirakçılar sosial fəaliyyətləri üçün kiçik maliyyə dəstəyi əldə etmək imkanına sahib olacaqlar. Həmçinin, məktəbi uğurla başa vurmuş iştirakçılar yüzlərlə gənci birləşdirən “Münaqişə Məktəbi Məzun Şəbəkəsi”nin üzvünə çevrilərək, bu şəbəkə daxilində baş tutan tədbir və təlimlərdən yararlana biləcəklər.

“Gəncə Münaqişə Məktəbi″nə Gəncə və Gəncə ətrafında yaşayan 18-28 yaş aralığında olan tələbələr, yeni məzun olmuş gənclər və gənc mütəxəssislər müraciət edə bilər. Seçim müraciət edənlərin münaqişə sahəsinə olan marağı və digər meyarlar əsasında aparılacaq. İştirakçıların seçimi müraciət forması və müsahibələr əsasında baş tutacaq.

“Gəncə Münaqişə Məktəbi” 9 – 14 avqust 2023-cü il tarixlərində həyata keçiriləcək. Məktəbin keçirilmə formatı oflayndır. “Gəncə Münaqişə Məktəbi” boyunca iştirakçılar sadəcə nahar və çay fasiləsi ilə təmin olunacaqlar. Nəzərə almağınızı xahiş edirik ki, ölkə kənarında və Gəncədən kənarda yaşayan iştirakçıların yol, yaşayış və yaşayışla bağlı digər xərcləri qarşılanmayacaq.

“Gəncə Münaqişə Məktəbi”ndə iştirak etmək üçün 12 iyul 2023-cü il tarixinədək müraciət formasını qeyd edilən keçidə daxil olaraq tamamlamağınızı xahiş edirik: https://forms.gle/LiPLhvTfVseu5hoq6

Namizədlərin müsahibəyə dəvət edilməsi və seçilməsi müraciət etmə tarixinə əsasən aparılacaq. Bunun üçün iştirakçılardan mümkün qədər tez müraciət etməyini xahiş edirik.

Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) missiyası insanlara sosial ədalət və iqtisadi inkişaf üçün faydalı olan proqramlar vasitəsilə dəyişiklik etməyə imkan yaratmaq, onlara öz icmalarını və həyatlarını yaxşılaşdırmaqda yardım etməkdir. Azərbaycanda qeydiyyatdan keçmiş Fond, Avrasiya Fondunun (AF) – keçmiş Sovet ölkələrində yaranan vətəndaş cəmiyyəti təşkilatlarına ilkin maliyyə dəstəyi göstərmək üçün 1992-ci ildə yaradılmış özəl idarəetmə sisteminə malik gəlirsiz təşkilat – varis institutudur.

“Bakı Münaqişə Məktəbi 2024”-ə qəbul başladı

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, gənclər üçün “Bakı Münaqişə Məktəbi”nə qəbul elan edir. “Bakı Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı aparılan müzakirələrdə uğurla iştirak edə biləcək yeni nəslin formalaşmasına töhfə verməkdir. Məktəbin proqramı […]

Read More Dec 20

“Bakı Münaqişə Məktəbi”nə qəbul

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, gənclər üçün “Bakı Münaqişə Məktəbi”nə qəbul elan edir. “Bakı Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı aparılan müzakirələrdə uğurla iştirak edə biləcək yeni nəslin formalaşmasına töhfə verməkdir. Məktəbin proqramı […]

Read More May 10

Monitorinq və qiymətləndirmə üzrə mütəxəssisləri əməkdaşlığa dəvət edirik!

Sifarişçi: Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Tapşırığın təsviri: Layihənin yekun qiymətlləndirilməsi Tapşırığın müddəti: 1 ay Müqavilənin növü: Xidmət müqaviləsi Müraciət üçün qəbul olunan son tarix: 25 sentyabr 2022 TƏSVİR / XÜLASƏ: Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu, “Konstitusiya” Araşdırmalar Fondu ilə birlikdə Lənkəran-Astara iqtisadi rayonunda “AgriVision” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanın cənub bölgəsindəki […]

Read More Sep 11