» Biznesin inkişafı və turizm üzrə təlimçi axtarılır!

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Bİznesİn İnkİşafı və turİzm üzrə təlİmçİ axtarılır!

TƏSVİR / XÜLASƏ:

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu, “Konstitusiya” Araşdırmalar Fondu ilə birlikdə Lənkəran iqtisadi rayonunda 24 aylıq “AgriVision” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanın cənub bölgəsindəki kənd ailələrinə gəlirlərini artırmağa və Azərbaycanda şəhər ilə kənd arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı, təkrarlanan aqrar-turizm / ekoturizmin inkişaf mexanizmi yaratmaq və sınaqdan keçirməkdir.

Layihənin əsas məqsədlərindən biri də dövlət və özəl aqrar-turizm / ekoturizm maraqlı tərəflərinin və biznes məsləhət xidmətləri təminatçılarının potensialının gücləndirilməsidir. Layihə müdaxilələrinin birbaşa faydalananların tələb və ehtiyacları ilə uyğunlaşmasına əmin olmaq üçün ekspert qiymətləndirmələri dövlət və özəl konsorsium üzvlərinin potensialının, xüsusən də aqrar / ekoturizm xidmətləri göstərən özəl təchizatçıların potensialının çatışmadığı sahələri müəyyən etmişdir. Bu qiymətləndirmələrə əsasən, AƏF potensialın artırılması üzrə fəaliyyətlərin ətraflı planını hazırlayıb. Tədbirlərin formatı öyrənmə məqsədlərinə ən yaxşı xidmət edəcək şəkildə müəyyənləşdiriləcəkdir. Mümkün formatlardan biri də təlimlərdir.

MƏQSƏD, İŞİN MƏZMUNU VƏ BACARIQLAR:

Məqsəd:

Avrasiya Əməkdaşlıq Fondu, Azərbaycan təlimçi vəzifəsini yerinə yetirmək üçün yüksək ixtisaslı mütəxəssis axtarır və həmin mütəxəssis zəruri olduqda həm konsorsiuma, həm də layihə qrupunu müvafiq təcrübə və dəstəklə təmin edəcəkdir. Vəzifə sahibi müxtəlif çətinliklər və məlumat mübadiləsi məsələlərini həll etmək üçün əməliyyatlar, konsorsium üzvləri və layihə heyəti ilə sıx əməkdaşlıq şəratində çalışacaqdır. O, tapşırıqları yerinə yetirərkən keyfiyyətə və nəticəyə yönəlmiş bir yanaşmanı təqdim edəcəkdir.

İşin məzmunu :

Layihə çərçivəsində Avrasiya Əməkdaşlq Fondu təlimçi ilə bağlayacağı müqavilədə göstərir ki, o, konsorsium və layihə qrupları ilə sıx əməkdaşlıq edəcək. Xüsusilə onun məsuliyyəti aşağıdakılardır, lakin bunlarla da məhdudlaşmır:

• Ehtiyac qiymətləndirmələrinə uyğun olaraq təlim modullarını inkişaf etdirmək;

• Təlimlər keçirmək üçün Lənkəran şəhərinə getmək və orada qalmaq;

• Biznes əməliyyatları, iş planının hazırlanması, müştəri münasibətləri, ünsiyyət, marketinq və satış və s. üzrə təlimlər keçirmək.

Bacarıqlar:

Peşəkarlıq:

• Ən yüksək effektivlik, səriştəlilik, etik və dürüstlük standartlarını qoruyub saxlamaq;

• Tapşırıqla əlaqəli  peşəkar intizamın və ya texniki ixtisasın əsas konsepsiya və prinsiplərini başa düşmək və tətbiq etmək;

• Peşəkar bacarıq və mövzunun mənimsənilməsini  nümayiş etdirmək, vicdanla yanaşma və öhdəliklərə əməl etmək, son tarixləri nəzarət etmək  və nəticələr əldə etmək;

• Çətin problemlərlə və ya çətinliklərlə qarşılaşdıqda əzmkarlıq göstərmək;

• Stresli vəziyyətdə sakit qalmaq bacarığı.

Biliyin Paylaşılması və Öyrənmə:

• Bilik və təcrübə mübadiləsini aparmaq;

• Öz-özünə öyrənmə və digər öyrənmə vasitələri ilə davamlı fərdi öyrənmə istiqamətində fəal işləmək;

• Dəyişməyə açıq olduğunu və çətinlikləri idarə etmək bacarığını nümayiş etdirmək.

ƏSAS ÇATDIRILMA VƏ VAXT MÜDDƏTİ

Hazırlanmış təlim modulları 01 May 2021 – 31 May 2021
Lənkəran şəhərində təlimlər 01 İyun 2021 – 28 Avqust 2021

HESABAT:

Vəzifə sahibi Layihə Menecerinə hesabat təqdim edəcəkdir. Vəzifə sahibi kömək və dəstək fəaliyyətlərinin vaxtında yerinə yetirilməsini təmin etməli, məlumatların vaxtında hazırlanması və təqdim edilməsi ilə bağlı  kifayət qədər töhfə verməlidir. Təlimçi vəzifələrinin icrasına nəzarət etmək məqsədilə bütün tərəflərlə mütəmadi olaraq əlaqə saxlamalı və  əlaqələndirməni təmin etməlidir.

MONİTORİNQ:

Təlimçi tərəfindən tapşırığın yerinə yetirilməsinin monitorinqi Avrasiya Əməkdaşlıq Fondunun mütəxəssisləri və layihənin meneceri tərəfindən aparılacaqdır.

SƏYAHƏT:

Bu sahədə heç bir beynəlxalq səyahət nəzərdə tutulmur. Qaydalara və prosedurlara uyğun olaraq əhatə ediləcək yerli səyahətlər planlaşdırılır.

SEÇİM KRTERİYALARI:

  • Müvafiq sahələrdə universitet dərəcəsi. Yüksək elmi dərəcələr üstünlük olaraq nəzərə alınacaqdır;
  • Potensialın artırılması, təlimlər və ya müvafiq sahələrdə 3 il təcrübə;
  • Azərbaycanda hökumət strukturları və kiçik və orta sahibkarlarla  iş təcrübəsi üstünlük olaraq hesab ediləcək;
  • Azərbaycan dilində iş biliyi və mükəmməl danışma bacarığının olması.

ÖDƏMƏ ŞƏRTLƏRİ

  • Ödəniş – tapşırıqlar bitdikdən sonra 7 (yeddi) gün ərzində ediləcək
  • Ödənişlər Xidmət Müqaviləsinə uyğun olaraq həyata keçiriləcəkdir

NECƏ MÜRACİƏT ETMƏK OLAR:

Maraqlanan namizədlər 20 aprel tarixinədək maliyyə təklifi və CV / tərcümeyi-hallarını info@epfound.az elektron poçt ünvanına göndərmələri üçün dəvət olunur. Zəhmət olmasa, mövzu hissəsində vəzifə adı olaraq “Biznesin inkişafı və turizm üzrə təlimçi” yazın. Yalnız seçilmiş namizədlərlə əlaqə yaradılacaqdır.

“Bakı Münaqişə Məktəbi 2024”-ə qəbul başladı

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, gənclər üçün “Bakı Münaqişə Məktəbi”nə qəbul elan edir. “Bakı Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı aparılan müzakirələrdə uğurla iştirak edə biləcək yeni nəslin formalaşmasına töhfə verməkdir. Məktəbin proqramı […]

Read More Dec 20

“Gəncə Münaqişə Məktəbi”nə qəbul başladı

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, gənclər üçün “Gəncə Münaqişə Məktəbi”nə qəbul elan edir. “Münaqişə Məktəbi” 2014-cü ildən etibarən həyata keçirilir və bu müddət ərzində Bakı şəhərində ümumilikdə 8 məktəb baş tutmuşdur. “Münaqişə Məktəbi Məzun Şəbəkəsi”nin 200-dən çox üzvü var. 2023-cü ildə ilk dəfə olaraq “Gəncə Münaqişə Məktəbi” həyata keçiriləcəkdir. “Münaqişə Məktəbi”nin ümumi […]

Read More Jun 9

“Bakı Münaqişə Məktəbi”nə qəbul

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, gənclər üçün “Bakı Münaqişə Məktəbi”nə qəbul elan edir. “Bakı Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı aparılan müzakirələrdə uğurla iştirak edə biləcək yeni nəslin formalaşmasına töhfə verməkdir. Məktəbin proqramı […]

Read More May 10