» MİNGƏÇEVİR, QUBA VƏ ŞİRVAN ŞƏHƏRLƏRİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN JURNALİSTLƏR ÜÇÜN MƏQALƏ MÜSABİQƏSİ ELANI

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

MİNGƏÇEVİR, QUBA VƏ ŞİRVAN ŞƏHƏRLƏRİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN JURNALİSTLƏR ÜÇÜN MƏQALƏ MÜSABİQƏSİ ELANI

Avropa Birliyi və BMT İnkişaf Proqramının Azərbaycan ofisinin  birgə  həyata keçirdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin gender aspektini nəzərə almaqla icrasında vətəndaş cəmiyyətinin rolunun təşviqi” adlı layihə çərçivəsində DataHub MMC və Avrasiya Əməkdaşlıq Fondunun ekspertləri tərəfindən “Qadınların Səsinin Aşkarlanması” adlı təşəbbüs həyata keçirilir.

Təşəbbüs çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin gender yönümlü implementasiyasına dəstək olmaq üçün hədəf regionlarda fəaliyyət göstərən kütləvi informasiya vasitələri nümayəndələri arasında məqalə müsabiqəsi keçirilir. Müsabiqə üçün hazırlanan və yerli mediada yayımlanan məqalələr  genderə-həssas Dayanıqlı İnkişaf Məqsədləri, onların hədəf və indikatorlarına, habələ cəmiyyətdəki gender problemlərini işıqlandırmalıdır.

Jurnalistlər üçün məqalə müsabiqəsində yalnız hədəf regionlarda fəaliyyət göstərən KİV nümayəndələri iştirak edə bilər.

Hədəf regionlara daxildir:

  • Mingəçevir
  • Şirvan
  • Quba- Xaçmaz

Mövzular:

  • Gender məsələləri, regionda müşahidə edilən gender əsaslı probemlər
  • Məişət zorakılığı
  • Gender  əsaslı  ayrı-seçkilik
  • Genderə-həssas DİM-lər, onların hədəf və indikatorları
  • Genderə-həssas DİM-lərin implementasiya vəziyyəti və onların  icrasının təşviqi
  • «Qadınların Səsinin Aşkarlanması» təşəbbüsü çərçivəsində maliyyələşən Vətəndaş Cəmiyyəti Təşkilatları fəaliyyətlərinin və tədqiqat işlərinin haqqında məqalələr.

Müsabiqə üçün hazırlanmış məqalə və materialların linki «Jurnalistlər üçün müsabiqə_müəllifin adı» başlığı ilə info@epfound.az email ünvanına göndərilməlidir.

Müsabiqə üçün məqalələr 31 yanvar 2020-ci il tarixinədək hazırlana və yayımlana bilər. Müsabiqədə yalnız mediada yayımlanmış məqalələr iştirak edə bilər.

Hər hədəf regiondan 3 jurnalistin hazırladığı məqalə/material qalib seçilərək mükafatlandırılacaq. Müsabiqənin qalibi seçilmiş jurnalistlərin hər birinə 350 AZN mükafat veriləcək. Müsabiqəyə təqdim olunan məqalə/materialların hər biri AƏF-in sosial media hesabından yayımlanacaqdır.

“Bakı Münaqişə Məktəbi 2024”-ə yeni qəbul başladı

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) gənclər üçün “Bakı Münaqişə Məktəbi”nə qəbul elan edir. “Bakı Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalardakı müzakirələrdə uğurla iştirak edə biləcək yeni nəslin formalaşmasına töhfə verməkdir. Məktəbin proqramı Azərbaycan dilində keçiriləcək. “Bakı Münaqişə Məktəbi” müxtəlif mövzularda akademik və praktik sessiyalardan […]

Read More May 7

THE ADMINISTRATIVE AND FINANCE ASSISTANT VACANCY

Eurasia Partnership Foundation’s (EPF) mission is to empower people to effect change for social justice and economic prosperity through hands-on programs, helping them to improve their communities and their own lives. With locally registered office in Azerbaijan, EPF is the legacy institution of Eurasia Foundation (EF), a privately managed non-profit organization established in 1992 to deliver seed capital to emerging civil society […]

Read More May 1

“Bakı Münaqişə Məktəbi 2024”-ə qəbul başladı

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, gənclər üçün “Bakı Münaqişə Məktəbi”nə qəbul elan edir. “Bakı Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı aparılan müzakirələrdə uğurla iştirak edə biləcək yeni nəslin formalaşmasına töhfə verməkdir. Məktəbin proqramı […]

Read More Dec 20