» XİDMƏT TƏKLİFLƏRİ ÜÇÜN MÜRACİƏT ELANI

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

XİDMƏT TƏKLİFLƏRİ ÜÇÜN MÜRACİƏT ELANI

Qafqaz Tədqiqat Resurs Mərkəzi – Gürcüstan təşkilatı Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən, şəffaflıq və hesabatlılıq məsələlərində vətəndaş nəzarətin təkmilləşdirilməsi və bu sahələrdə Azərbaycan höküməti ilə əməkdaşlığın gücləndirilməsi üzrə innovativ ideyaların dəstəklənməsi üçün tərtib olunmuş proqram həyata keçirir. Bu proqramın tərkib hissəsi kimi onun ümumi məqsədlərinə xidmət edəcək aşağıda göstərilən istiqamətlər üzrə xidmət təkliflərinin qəbulunu 28 dekabr 2018-ci il tarixinədək açıq elan edir.
Bu xidmət təklifləri üçün müraciət elanının ümumi məqsədi vətəndaşların hökumət ilə əməkdaşlıq səviyyəsinin yaxşılaşdırılması və ictimai nəzarətin gücləndirilməsi üçün vətəndaşların səmərəli təşviqat və ictimai vəkillik bacarıqlarının gücləndirilməsidir.
Fəaliyyətlərin Münasibliyi
Münasib xidmət təklfiləri paketi əlavə olunan sənədlərdə göstərilən istiqamətlərdən biri və ya bir neçəsi üzrə, qeyd olunan yanaşmaları nəzərə alan, aydın şəkildə müəyyən edilmiş məqsədləri, dəqiq hədəf qrupları və ölçüləbilən nəticələri olan, birlikdə bütövlük təşkil edən, müstəqil fəaliyyətlər toplusundan ibarət olmalıdır.
Təqdim edilmiş xidmət təklifləri Azərbaycanda həyata keçirilməlidir.
Təqdim edilmiş xidmət təkliflərinin maksimum 12 ay ərzində həyata keçirilməsi nəzərdə tutulmalıdır.
Xidmət təklifləri üçün xərclərin ümumi dəyəri 20000 AZN-dən artıq olmamalıdır. Natamam – əsas və əlavə sənədlərdən hər hansı biri çatışmayan ərizələrə baxılmayacaq.
Ərizələr Azərbaycan dilində təqdim olunmalıdır.
Ərizələr 28 dekabr 2018-ci il tarixində yerli vaxtla saat 18:00-dan gec olmayaraq services@crrccenters.org elektron ünvanına göndərilməlidir. Gecikmiş ərizələr etibarsız hesab olunacaq. Ərizəçilər müraciətlərinin vaxtında çatmasına öhdəlik daşıyırlar.
Xidmət təkliflərini göndərən zaman e-mailin mövzü hissəsində “Xidmət Təklifləri Üçün Müraciət_Ərizəçinin adı” başlığı qeyd olunmalıdır.
Bu müraciət ilə bağlı bütün sualları services@crrccenters.org elektron ünvanına göndərə bilərsiniz. 10 dekabr 2018-ci il tarixinədək verilən suallar cavablandırılacaq. Bu tarixdən sonra daxil olan suallara cavab verilməsi mümkün olmaya bilər.

Xidmət təkliflərinin şərtləri haqqında daha ətraflı məlumat və müraciət formaları aşağıda sənəd formasında əlavə edilmişdir.

Guideline for Service Proposal
ActionPlan_Service Proposal
CostJustification_Service Proposal
ServicesDescription_Service Proposal

Ətraf Mühitə Təsirin qiymətləndirilməsi üzrə ekspertlər əməkdaşlığa dəvət olunur.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu, Konstitusiya Araşdırmalar Fondu ilə birlikdə Lənkəran iqtisadi rayonunda 24 aylıq “AgriVision” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanın cənub bölgəsindəki kənd ailələrinə gəlirlərini artırmağa və Azərbaycanda şəhər ilə kənd arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı, təkrarlanan aqrar-turizm / ekoturizmin inkişaf mexanizmi yaratmaq və sınaqdan keçirməkdir. Layihə aqrar-turizm / […]

Read More Nov 20

EPF is looking for Environmental Consultant

Eurasia Partnership Foundation, Azerbaijan is seeking a highly qualified expert to undertake the role of Environmental Consultant who will be providing Environmental expertise and support to both the consortium and project team when and where required. The incumbent will work in close collaboration with the operations, consortium members and projects’ staff for resolving issues of […]

Read More Nov 20

MİNGƏÇEVİR, QUBA VƏ ŞİRVAN ŞƏHƏRLƏRİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN JURNALİSTLƏR ÜÇÜN MƏQALƏ MÜSABİQƏSİ ELANI

Avropa Birliyi və BMT İnkişaf Proqramının Azərbaycan ofisinin  birgə  həyata keçirdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin gender aspektini nəzərə almaqla icrasında vətəndaş cəmiyyətinin rolunun təşviqi” adlı layihə çərçivəsində DataHub MMC və Avrasiya Əməkdaşlıq Fondunun ekspertləri tərəfindən “Qadınların Səsinin Aşkarlanması” adlı təşəbbüs həyata keçirilir. Təşəbbüs çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin gender yönümlü implementasiyasına dəstək olmaq üçün hədəf regionlarda fəaliyyət […]

Read More Nov 1